Tez yaşlanmağa meyilli insan kateqoriyası müəyyənləşib

Beynəlxalq alimlər qrupu aşkar edib ki, sürətli bioloji yaşlanma özünü daha aydın büruzə verən koqnitiv (idrak) bacarıqların azalması ilə bağlıdır. Bu, xüsusilə də aşağı gəlirli ailələrdə böyüyən insanlarda özünü göstərir.

AZƏRTAC xəbər verir ki, tədqiqat “Aging” jurnalında dərc olunub.

Tədqiqatçılar “epigenetik saatlar” adlanan metodu tətbiq ediblər. Bu saatlar DNT-dəki xüsusi kimyəvi işarələrə əsaslanaraq insanın bioloji yaşını qiymətləndirməyə imkan verir. Əgər bioloji yaşı pasport yaşından yüksəkdirsə, bu “sürətli yaşlanma” kimi qiymətləndirilir. Təhlil proseslərinə uşaqlıqda IQ səviyyəsi ölçülmüş və orta yaşlarında yenidən test edilmiş, həmçinin qan nümunələri götürülmüş təxminən 300 iştirakçı daxil edilib.

Məlum olub ki, xəstəlik və ölüm riskləri nəzərə alınaraq hazırlanmış yeni “ikinci nəsil” epigenetik saatlar (“PhenoAge” və “GrimAge”) IQ-nun 50 yaşa qədər azalmasını daha dəqiq proqnozlaşdırır. Maraqlıdır ki, bu təsir eyni ailədə tərbiyə almış eyni yumurta ikizləri arasında da qorunub: bioloji yaşı daha yüksək olan şəxsdə koqnitiv funksiyaların daha çox zəifləməsi müşahidə olunub.

Ən böyük həssaslıq isə aztəminatlı ailələrdən olan insanlarda müəyyən edilib, belə ki, müəlliflərin fikrincə, erkən sosial stress sürətli yaşlanmanın uzunmüddətli təsirlərini gücləndirir.

Alimlər vurğulayırlar ki, bu iş göstərir ki, DNT əsasında bioloji yaşın izlənməsi və erkən sosial mühitin nəzərə alınması demensiya və digər yaşla bağlı idrak pozuntularının risklərini daha dəqiq qiymətləndirməyə kömək edə bilər.

SON XƏBƏRLƏR

Milli Parkın ərazisində qanunsuz ov edən şəxs saxlanılıb

Məktəblərdə tətil bitdi, 1-ci gündən dərslər başlayır

FHN-in qurumları arasında sərbəst güləş çempionatına yekun vurulub

İlham Əliyev: Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır

Qaz limitləri sıfırlanır - Vətəndaşların nəzərinə!

Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib

Məleykə Abbaszadə yeni vəzifəsində ilk onu işdən çıxardı

Neftçalada YAP-ın 34-cü ildönümü münasibətilə tədbir keçirilib

BDYPİ-nin həftəsonu səfərə hazırlaşan sürücülərə müraciəti

21 Noyabr – Ümumdünya Salamlaşma Günüdür

Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub

Bakı aeroportunun tualetində 60 minlik qızıl tapıldı

İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Bakıda avtoxuliqanlıq edən sürücü həbs olundu

Ordumuzun mayoru qəfil vəfat etdi

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Jurnalistlərin öz hesablarındakı paylaşımların bəyənmə sayı da əsas götürüləcək

İlhamə Abdullayeva bu vəzifəyə təyin olunub

Paytaxtda qarlı havalara hazırlıqla bağlı müşavirələr başa çatdı

BÜTÜN XƏBƏRLƏR