“Erkən müayinə can qurtarır!” adlı səyyar tibbi müayinə

Tovuz rayonunda yerləşən Central Hospital Əyyublu klinikasında növbəti “Erkən müayinə can qurtarır!” adlı səyyar tibbi müayinə və maarifləndirmə aksiyası keçirilib. Aksiya “PAŞA Holdinq”, Səhiyyə Nazirliyinin dəstəyi ilə reallaşıb. Tədbirin əsas məqsədi regionda ictimai sağlamlıq savadlılığını artırmaq, erkən diaqnostikanın əhəmiyyətinə diqqət çəkmək və əhaliyə əlçatan tibbi xidmət imkanlarını genişləndirməkdir.

Gün ərzində, saat 10:00-dan 18:00-dək keçirilmiş aksiyada Tovuz rayonu və xüsusən Əyyublu kənd sakinləri aktiv iştirak edib. Tibbi xidmətlər tam ödənişsiz şəkildə təqdim olundu və aşağıdakı əsas istiqamətləri əhatə edib:

• Qanda şəkər və arterial təzyiqin ölçülməsi;

• İlkin laborator analizlər;

• Terapevt və endokrinoloq müayinələri;

• Pediatrik müayinələr;

• USM diaqnostikası;

• Ginekoloji müayinələr;

• Travmatoloji müayinələr;

• Oftalmoloji müayinələr;

• Tibbi məsləhət və yönləndirmələr.

Səyyar tibbi heyət tərəfindən risk qrupuna daxil olan şəxslər müəyyənləşdirilərək, onlara fərdi sağlamlıqları ilə bağlı tövsiyələr verildi. Qanda şəkər səviyyəsində pozuntular aşkarlanan şəxslərə qlükometr cihazları hədiyyə olunub. Bu, onların gündəlik qlikemik nəzarətini asanlaşdırmaqla yanaşı, uzunmüddətli fəsadların qarşısının alınmasına yönəlmiş mühüm addımdır. Əlavə olaraq azyaşlı pasiyentlərimizə rəngləmə kitabçaları və rəngli qələmlər təqdim edilib.

Tədbirin ünvanı:

Tovuz rayonu, Əyyublu kəndi.

“Fərqindəlik” layihəsi çərçivəsində növbəti oxşar səyyar tibbi aksiya Şəki rayonunda nəzərdə tutulub.

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR