Dəridə çillər

Çil - dəridə qəhvəyi rəngdə olan piqment ləkələridir. Adətən saçlarının rəngi açıq olan adamlarn üzündə əmələ gəlir və ailəvi xarakter daşıyır. Çillər gün şüalarına qarşı həssas olurlar, belə ki, yaz-yay aylarında daha da artıb çoxalırlar. Yay günlərində piqmentləşmə daha sürətli getdiyinə görə çillərin rəngi mövsümə uyğun olaraq tündləşir. Buna görə də yay gəlməmişdən əvvəl ehtiyyat tədbirləri görmək lazımdır. Həkimlər yay aylarında çillərinin sayı artan adamlara vitamin C qəbul etməyi məsləhət görürlər. Çünki vitamin C tirozin mübadiləsində iştirak edir. Tirozin isə epidermisin melanogenezində birbaşa iştirak edir. Həkimlər yay aylarında bədənininin bütün hissəsi çillənən adamlara dərisini örtən paltar geyməyi və günorta saatlarında evdən bayıra çıxmamağı tövsiyə edir.
Dəridə çoxlu sayda çillərin olması dəri xəstəliyinin əlaməti sayılmır. Bu sadəcə olaraq piqmentasiyadır.
Çillərdən xoşlanmayan adamların dərisindən bu piqment ləkələrini təmizləməyə az da olsa nail olmaq olur.  Bunun bir-neçə üsulu var:
1. Dərinin piqment ləkələri olan qatının soyulması. Bu zaman piqment ləkələri tamamilə yox olmur, amma azalır.
2. Piqment ləkələrinin müxtəlif üsullarla ağardılması.
Piqment ləkələrini aparan vasitələrə 5%-li hidroxinon mazı, hidrogen perekis məhlulu, 10%-li sirkə məhlulu, 1%-li hidrogen xlorid məhlulu, limon şirəsi, xiyar şirəsi aiddir. Dərinin ağardılması üçün 10-20%-li rezorsin məhlulundan da istifadə edilir. Nəzərinizə çatdırmaq istəyirəm ki, yuxarıda adı çəkilən vasitələrdən kosmetoloji kabinetlərdə istifadə edəsiniz. Çünki özbaşına aparılan müalicə sizin dərinizi korlaya bilər.
Dərisində piqment ləkələri olan adamlar ağardıcı vasitələrdən istifadə etməklə ləkələrin rənginin tonunu azalda bilirlər. Dəri ağardıcı kremlərdən axşamlar istifadə edilsə, daha məqsədə uyğun olar.
Bəzi mütəxəssislər üz dərisində olan piqment ləkələrinin endokrin sistemin, qaraciyər xəstəliklərinin olması ilə əlaqələndirirlər. Lakin bu fikir tibbdə öz təsdiqini tapmayıb.

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR