Qaraciyərin zəhərli maddələrdən təmizlənməsinə kömək edir

Qaraciyər bədəndə süzgəc rolunu oynayan əsas təmizləyici orqandır, lakin onun imkanları hədsiz deyil. Fastfud yeməkləri, eləcə də tərkibində doymuş yağlar, artırılmış şəkər və sintetik inqrediyentlər əlavəsi olan emal edilmiş ərzaqlar bu "filtri" çox asanlıqla yükləyə bilir ki, nəticədə də qaraciyər öz vəzifəsinin öhdəsindən çətinliklə gəlir. Zəhərli maddələr qaraciyərə dolduqda yorğunluq, ürəkbulanma, köp və qarın işləməsində problemlər əmələ gəlir, ağır hallarda isə qaraciyər çatışmazlığı inkişaf edir. Bəzi ərzaqlar qaraciyəri zəhərli maddələrdən təmizləyir, onun düzgün fəaliyyətini təmin edir. Bu ərzaqlardan biri də sarımsaqdır. Bəs sarımsağı qaraciyərin effektli təmizləyicisinə çevirən nədir?

Gazette Az bildirir ki, AZƏRTAC "MedikForum"a istinadla bu barədə məlumat verir.

Ədviyyəli tərəvəz zəhərləri birbaşa çıxarmağa qadir deyil. Bunun əvəzində sarımsaq qlütationun - zərərli sərbəst radikalların əmələ gətirdiyi oksidləşdirici stresdən müdafiə edən antioksidantın təbii yolla yaranma prosesini artırmağa kömək edir. Bu, qaraciyərin fəaliyyətini yaxşılaşdırır, onu iltihaba, xəstəliklərə daha az meyilli edir. Mütəxəssislər təsdiqləyirlər ki, yaş ötdükcə orqanizmdə qlütationun əmələ gəlməsi azalır. Onun miqdarını sadə effektli üsulla artırmaqdan ötrü rasiona sarımsaq əlavə etmək lazımdır.

Bundan əlavə, bu tərəvəzin tərkibində selen var. Qlütationa bənzəyən bu mikroelement antioksidant kimi təsir göstərir, qaraciyərin zəhərli maddələrdən müdafiəsini yaxşılaşdırır.

Sarımsağı necə yemək məsləhətdir? Bu tərəvəzi çiy yemək daha faydalıdır. Həm də yeməmişdən əvvəl sarımsağı doğramaq və ya əzmək lazımdır - bu, onun tərkibindəki faydalı birləşmələrin üzə çıxmasına kömək edir.

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR