BAKU Azərbaycan
21.03 °C

İnsan ömrünü uzadan ən faydalı qida o seçildi - Alimlər şokda

Bitki, tərəvəzlərlə qidalanma insan orqanizmi üçün vacib olan heyvan mənşəli zülalı əvəz edə bilməz.

Gazette Az xəbər verir ki, Avstraliyanın Adelaid Universitetinin tədqiqatçıları ət qəbulu ilə əhalinin orta ömür dərəcəsinin əlaqəsini araşdırıblar.

Tədqiqat planetin 175 ölkəsini əhatə edib.

Nəticədə məlum olub ki, toxum və bitkilərdən fərqli olaraq ət yemək əhalinin daha uzunömürlü olmasına səbəb olub. Hansı ölkədə ki, insanlar daha çox ət yeyib, orda uşaq ölümü daha az olub.

Müəlliflər qeyd edib ki, son illər ətin sağlamlığa təhlükəsi barədə çıxışlar yayılıb, veqanlığı daha çox təbliğat gedir.

Lakin elmi araşdırmalar göstərdi ki, bu elə də dəqiq informasiya deyil.

Bəzi inkişaf etmiş ölkələrdə olan maddi imkanı və təhsili olan insanlar bitki qidalanmasına keçdikdə onlar sağlamlıqlarını daim nəzarətdə saxlayıb, defisit vitamin və mineral ehtiyatını əlavə preparatlarla təmin edirlər.

Lakin kasıb ölkələrin əhalisinin buna imkanı olmur, onlar üçün ətdən imtina sağlamlığın məhvi həddinə kimi çata bilər.

Professor Maçeu Hennerberq bildirib ki, bəşəriyyət 2 milyon ildir ət qəbuluna çox əla adatpasiya olub. İri və xırdabuynuzlu heyvanların əti insan üçün ən optimal qidadır.

Tədqiqat bir daha sübut edib ki, əti normada və müntəzəm qəbul edən coğrafi ərazilərdə əhalinin ömür göstəricisi də uzundur. /medicina.az