1001 dərdin dərmanı Güləm - Arı çörəyi

Arı məhsulları dedikdə bal, arı südü, çiçək tozu, mum və propolis daha çox xatırlanılır. Lakin arı çörəyi olan bu əvəzsiz nemətdə demək olar bunların hamısı var və zəngin tərkibi olduğu qədər də 1001 dərdin dərmanıdır.

Bu barədə həkim-fitoterapevt Fizuli Hüseynov bildirib.

Fitoterapevt qeyd edib ki, arı çörəyi (Güləm) yeni süfrədən çıxmış arı balalarının 5 günlük yeməyidir. Olduqca az tapıldığından qiyməti başqa məhsullara müqayisədə bahadır: "Güləm insan vücuduna enerji, güc verir. O qədər güclü bir təsiri vardır ki, qəbul etməyə başlayandan 1 gün sonra təsiri hiss olunur".

Fizuli Hüseynovun sözlərinə görə, qanazlığında, halsızlıqda, yorğunluqda, cinsi zəiflikdə, göz zəifliyində, tez-tez diş qanamalarında, sonsuzluqda, yaddaş pozğunluğunda, xərçəng xəstəliyində, anemiyalarda, əsasən kiçik uşaqlarda iştahsızlıqda, eləcə də analarda süd azlığında, vərəm xəstəliyində, beyin damarlarının sklerozunda, dəri quruluğunda, zəif immunitetdə, yüksək xolesterində, dəri səpmələrində, saç tökülməsində və uzun sürən yorucu xəstəliklərdən sonra güləmin qəbulu insan orqanizmini yeniləyir, bədənə yeni bir əhval ruhiyyə gətirir.

"Daha çox zehni əməklə məşğul olanlar, imtahana hazırlaşan tələbələr mütləq bu nemətdən istifadə etsinlər", - deyə bildirən həkim güləmin həm də çox gözəl dadı olduğunu söyləyib.

Fitoterapevt qeyd edib ki, gündə 3 dəfə yeməkdən 30 dəq əvvəl 1 çay qaşığı yeyilir və ya 200 qram güləm 1 kq bala qarışdırılır. Qarışıqdan gündə 3 dəfə yeməkdən 1 saat əvvəl 1 çay qaşığı yeyilir. Güləmdən hamilə xanımlar istifadə etsələr həm uşağın beyin inkişafına səbəb olur, həm də ana hamiləliyini olduqca rahat keçirir.

SON XƏBƏRLƏR

Milli Parkın ərazisində qanunsuz ov edən şəxs saxlanılıb

Məktəblərdə tətil bitdi, 1-ci gündən dərslər başlayır

FHN-in qurumları arasında sərbəst güləş çempionatına yekun vurulub

İlham Əliyev: Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır

Qaz limitləri sıfırlanır - Vətəndaşların nəzərinə!

Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib

Məleykə Abbaszadə yeni vəzifəsində ilk onu işdən çıxardı

Neftçalada YAP-ın 34-cü ildönümü münasibətilə tədbir keçirilib

BDYPİ-nin həftəsonu səfərə hazırlaşan sürücülərə müraciəti

21 Noyabr – Ümumdünya Salamlaşma Günüdür

Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub

Bakı aeroportunun tualetində 60 minlik qızıl tapıldı

İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Bakıda avtoxuliqanlıq edən sürücü həbs olundu

Ordumuzun mayoru qəfil vəfat etdi

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Jurnalistlərin öz hesablarındakı paylaşımların bəyənmə sayı da əsas götürüləcək

İlhamə Abdullayeva bu vəzifəyə təyin olunub

Paytaxtda qarlı havalara hazırlıqla bağlı müşavirələr başa çatdı

BÜTÜN XƏBƏRLƏR