BAKU Azərbaycan
5.03 °C

Son sutkada 29 mindən çox peyvənd vurulub

Azərbaycanda son sutkada yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 29 559 vaksin vurulub.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Məlumata görə, sutka ərzində 1-ci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 011, 2-ci mərhələ üzrə vaksinasiya olunanların sayı 12 548 nəfərdir.

Ölkədə COVID-19 əleyhinə vurulan vaksinlərin ümumi sayı 9 383 303, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 060 158, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 323 145 təşkil edir.