AQTA yağ məhsullarında təhlükəli emal çirkləndiriciləri aşkarlayıb

 

AQTA tərəfindən aparılan nəzarət tədbirləri çərçivəsində ölkəyə idxal olunan yağ məhsulu partiyalarında uyğunsuzluqlar aşkar edilib.

Bu barədə qurumun yaydığı məlumatda qeyd edilib:

"Belə ki, aparılan müayinə nəticəsində Qazaxıstanın “Eurasian Foods” müəssisəsinə məxsus 82,5% yağlılıqlı “Stanichnoe Osoboe” əmtəə nişanlı qarışıq bitki yağında 3-Monoxlorpropan-1,2-diol (3-MCPD) göstəricisi üzrə, Rusiyanın “Jirovoy Kombinat” müəssisəsinə məxsus “Tot samıy vkus i aromat” əmtəə nişanlı marqarin, 82,5% yağlılıqlı “Maslyona”, “Rossiyanka Traditsionnoe” əmtəə nişanlı qarışıq bitki tərkibli yağlarda qlisidol (QE), o cümlədən “Şedroye leto” əmtəə nişanlı bitki tərkibli yağda həm 3-Monoxlorpropan-1,2-diol (3-MCPD), həm də qlisidol göstəricisi üzrə uyğunsuzluqlar aşkar edilib. Həmçinin Rusiyanın “Pişevie İnqredienti” müəssisəsinə məxsus “Maslo Palmovoye” əmtəə nişanlı palma yağı və “Oilprime” əmtəə nişanlı qarışıq bitki yağında emal çirkləndiricisi 3-Monoxlorpropan-1,2-diol (3-MCPD) aşkarlanıb".

Bildirilib ki, aparılan nəzarət tədbirlərinin nəticələrinə əsasən, qeyd olunan istehsalçı müəssisələrin məhsullarının Azərbaycan Respublikasına idxalına müvəqqəti məhdudiyyət tətbiq edilib və məsələ ilə bağlı həmin ölkələrin qida təhlükəsizliyi sahəsi üzrə səlahiyyətli qurumlarına rəsmi bildirişlər göndərilib:

"Məhsulların dövriyyəsinin qarşısı alınıb. Hazırda qanunamüvafiq digər tədbirlər həyata keçirilməkdədir".

Məlumatda qeyd edilib ki, agentlik tərəfindən həyata keçirilən idxal nəzarət tədbirlərinin məqsədi insan sağlamlığı və həyatı üçün ciddi təhlükə yaradan məhsulların ölkə ərazisinə daxil olmasının qarşısının alınması, istehlakçıların sağlamlığının və hüquqlarının qorunması, eləcə də təhlükəsiz qida məhsullarının dövriyyəsinin təmin edilməsidir.

SON XƏBƏRLƏR

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

BÜTÜN XƏBƏRLƏR