Ali Məhkəmədən faiz müqabilində borc verənlərə xəbərdarlıq

Faiz müqabilində borc verilməsi Azərbaycan qanunvericiliyində qadağan olunmasa da, bu fəaliyyətin sistemli və gəlir əldə etmək məqsədilə həyata keçirilməsi müəyyən hallarda hüquqi məsuliyyətə səbəb ola bilər.

Bu barədə Ali Məhkəmənin vətəndaşlar üçün hazırladığı hüquqi izahda bildirilib.

Məlumata görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1-ci maddəsinə əsasən, qanunda və ya müqavilədə başqa qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə müəyyən edilmiş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. Bu isə fiziki şəxslər arasında faizlə borc verilməsinin özlüyündə qanunsuz olmadığını göstərir.

Ali Məhkəmə diqqətə çatdırıb ki, konkret bir şəxsə borc verilməsi ilə müxtəlif şəxslərə davamlı və sistemli şəkildə faizlə borc verilməsi eyni hüquqi münasibət hesab edilmir. Fəaliyyətin xarakteri onun qanuniliyinin qiymətləndirilməsində əsas meyarlardan biridir.

Qeyd olunub ki, faizlə borc münasibətləri yazılı müqavilə ilə rəsmiləşdirilməli, əsas borcun məbləği, faiz dərəcəsi, hesablanma qaydası, qaytarılma müddəti və ödəniş şərtləri müqavilədə dəqiq göstərilməlidir. Həmçinin pul vəsaitinin verilməsi və qaytarılması mümkün qədər sənədləşdirilməli, xüsusilə bank köçürmələrindən istifadə olunmalıdır.

Ali Məhkəmənin izahına əsasən, əgər şəxs gəlir əldə etmək məqsədilə qeyri-məhdud sayda şəxslərə müntəzəm şəkildə faizlə borc verirsə, bu halda onun fəaliyyətinin hüquqi statusu məsələsi ortaya çıxır.

Mülki Məcəllənin 740.10-cu maddəsinə görə, gəlir əldə etmək məqsədilə müntəzəm və ya qeyri-məhdud subyektlərə pul vəsaitlərinin borc verilməsi yalnız kredit fəaliyyəti ilə məşğul olmaq hüququ olan şəxslər tərəfindən həyata keçirilə bilər. Bu tələblərə əməl edilməməsi qanunsuz sahibkarlıq kimi qiymətləndirilə bilər.

Ali Məhkəmə vurğulayıb ki, belə hallarda borc verən şəxs məhkəməyə müraciət etdikdə onun fəaliyyətinin qanuniliyi də araşdırıla bilər. Məhkəmə qanunsuz sahibkarlıq və ya digər hüquq pozuntularının əlamətlərini müəyyən etdikdə, materialları hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərə bilər.

Bundan əlavə, qanunsuz fəaliyyətin müəyyən olunması borc verənin maliyyə tələblərinə də təsir göstərə bilər. Belə ki, bu halda müqavilə üzrə nəzərdə tutulmuş faizlərin və digər gəlirlərin tələb olunması məhdudlaşdırıla, yalnız qanunvericilikdə nəzərdə tutulan gecikdirilmiş öhdəliklər üzrə illik 5 faiz tələb etmək imkanı qala bilər.

Ali Məhkəmə vətəndaşlara tövsiyə edir ki, faizlə borc münasibətlərini yazılı müqavilə ilə rəsmiləşdirsinlər, bütün ödənişləri sənədləşdirsinlər və fəaliyyət sistemli xarakter daşıyırsa, onun hüquqi statusunu əvvəlcədən düzgün müəyyən etsinlər.

Qurumun mövqeyinə görə, pul vəsaitinin şəxsin özünə məxsus olması onun qanunvericiliyin müəyyən etdiyi tələblərdən kənar şəkildə sistemli dövriyyəyə buraxılması hüququ vermir. Əks halda, bu fəaliyyət məhkəmə mübahisələrinə, xüsusi qərardadlara, eləcə də inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilər.

SON XƏBƏRLƏR

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

BÜTÜN XƏBƏRLƏR