Altay Mustafayev ABŞ-də hüquq doktoru almış Azərbaycanın ilk vəkili oldu

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Altay Mustafayev ABŞ-də hüquq elmləri doktoru (SJD) elmi dərəcəsi əldə edib.

O, bu yaxınlarda ABŞ-nin tanınmış ali təhsil müəssisələrindən biri olan İndiana Universitetinin Maurer Hüquq Məktəbində “Judicial Discretion in Common Law and Civil Law: A Comparative Legal and Institutional Analysis through Elinor Ostrom’s IAD Framework” mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə edib.

Bununla da Altay Mustafayev ABŞ-də hüquq doktoru (SJD) dərəcəsi almış Azərbaycanın ilk vəkili olub.

Dissertasiya işində məhkəmə diskresiyasının ümumi hüquq (common law, anqlo-sakson hüquq sistemi) və kontinental (roman-german) hüquq sistemlərində formalaşması və tətbiqi müqayisəli hüquqi və institusional aspektdən araşdırılıb. Tədqiqatda Nobel mükafatı laureatı Elinor Ostromun İnstitusional Təhlil və İnkişaf çərçivəsindən istifadə olunaraq məhkəmə diskresiyasının hüquqi və institusional əsasları təhlil edilib.  

Qeyd edək ki, hüquq doktoru hüquq sahəsində ən yüksək akademik dərəcələrdən biri hesab olunur.

Onu da bildirək ki, Altay Mustafayev ABŞ-nin Nyu-York Vəkillər Kollegiyasının üzvüdür.

SON XƏBƏRLƏR

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

BÜTÜN XƏBƏRLƏR