Azərbaycanda ən çox yeni iş yeri harada açılıb?

2026-cı ilin birinci yarısında Azərbaycanda 52,3 min yeni iş yeri açılıb.

Gazette.az Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, yeni yaradılan iş yerlərinin 93,2 faizi qeyri-dövlət sektorunun payına düşüb.

Belə ki, hesabat dövründə açılmış iş yerlərinin 77,5 faizi Bakı şəhərində, 1,5 faizi Naxçıvan Muxtar Respublikasında, 21 faizi isə digər regionlarda yaradılıb.

Regionlar üzrə yeni iş yerlərinin 6,5 faizi Abşeron-Xızı, 2,5 faizi Gəncə-Daşkəsən, 2 faizi Quba-Xaçmaz, 2 faizi Şəki-Zaqatala, 1,8 faizi Qarabağ, 1,4 faizi Qazax-Tovuz, 1,1 faizi Mərkəzi Aran, 0,9 faizi Şərqi Zəngəzur iqtisadi rayonunun payına düşüb.

Yeni iş yerlərinin 0,8 faizi Lənkəran-Astara, 0,8 faizi Şirvan-Salyan, 0,7 faizi Mil-Muğan, 0,5 faizi isə Dağlıq Şirvan iqtisadi rayonunda açılıb.

Yaradılmış iş yerlərinin 77,5 faizi mövcud müəssisə və təşkilatlarda, 22,1 faizi yeni yaradılmış, 0,4 faizi isə fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda olub.

Hüquqi şəxslər tərəfindən yaradılmış iş yerlərinin 22,6 faizi tikinti, 16,4 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 10,5 faizi emal sənayesi, 9,2 faizi peşə, elmi və texniki fəaliyyət, 7,4 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi sahələrində açılıb.

Bundan başqa, həmin iş yerlərinin 6,1 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 4,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,7 faizi informasiya və rabitə, 3,6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrinin payına düşüb.

Yeni iş yerlərinin 3,3 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 2,5 faizi maliyyə və sığorta fəaliyyəti, 2,5 faizi təhsil, 7,9 faizi isə digər iqtisadi fəaliyyət növləri üzrə yaradılıb.( Modern.az)

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR