Böyük Britaniyada azərbaycanlıya məxsus “Azerbaijan Rugs” şirkəti ləğv edilir

Böyük Britaniyada “Azerbaijan Rugs Ltd” şirkəti məcburi qaydada ləğv edilir.

Plat.az xəbər verir ki, “Azerbaijan Rugs Ltd” 10 fevral 2025-ci ildə İngiltərə və Uelsdə qeydiyyata alınıb. Şirkətin direktoru və sahibi 1986-cı il təvəllüdlü Azərbaycan vətəndaşı Amid Xanəliyevdir. Rəsmi sənədlərdə onun daimi yaşayış ölkəsi Azərbaycan göstərilib.

Təsis sənədlərinə əsasən, şirkət 1 funt sterlinq kapitalla yaradılıb. Şirkətin bütün ilkin səhmləri Amid Xanəliyevə məxsus olub. O, eyni zamanda şirkət üzərində əsas nəzarətə malik şəxs kimi rəsmiləşdirilib.

Şirkətin qeydiyyata alınmasından təxminən 15 ay sonra, 26 may 2026-cı ildə onun məcburi qaydada reyestrdən çıxarılması proseduruna başlanılıb. Reyestrdə şirkətin ləğv tarixi 11 avqust 2026-cı il göstərilir. Açıq məlumatlarda şirkətin məcburi ləğvinin konkret səbəbi açıqlanmır.

Qeyd edək ki, “Azerbaijan Rugs Ltd” Londonda 10-16 Tiller Road, 14/2E Docklands Business Center ünvanında qeydiyyatda olub. Açıq reyestr məlumatlarına görə, eyni ünvandan çoxsaylı digər şirkətlər də hüquqi ünvan kimi istifadə edib. Onların arasında Azərbaycanla əlaqəli “Azerbaijan Travel Ltd”, “ECOM Brothers AZE Ltd”, “Smacoer Ltd”, “Khams Services Ltd”, “Print Park Global Ltd”, “Nikoflex Ltd” və “Kurultay Ltd” kimi şirkətlər də var.

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR