Yunanıstanda təhlükəli virus yayılır - Həkimlər təcili tədbir istəyir

Yunanıstanda Qərbi Nil virusuna yoluxma hallarının artması narahatlıq yaradıb.

Afina Həkimlər Birliyi xüsusilə Attiki bölgəsində ağcaqanadlarla mübarizənin təcili şəkildə gücləndirilməsini istəyib. Birlikdən bildirilib ki, bölgədə virusla bağlı onlarla yoluxma qeydə alınıb və bəzi xəstələr həyatını itirib. Bu səbəbdən ağcaqanadlara qarşı mübarizə tədbirləri gecikdirilmədən və mütəmadi şəkildə həyata keçirilməlidir.

Həkimlər ağcaqanadların çoxalmasının qarşısının alınması üçün tədbirlərin virus yayıldıqdan sonra deyil, əvvəlcədən planlaşdırılmasının vacib olduğunu vurğulayıblar. 

Vətəndaşlara xəbərdarlıq

Yunanıstan vətəndaşlarına da virusdan qorunmaq üçün fərdi tədbirləri gücləndirmək tövsiyə olunub. Afina Həkimlər Birliyi ağcaqanadların çoxalma sahələrində elmi əsaslı və planlı mübarizə aparılmasının vacibliyini qeyd edib.

2026-cı ildə 65 yoluxma qeydə alınıb

Yunanıstanın Milli İctimai Səhiyyə Təşkilatının (EODY) məlumatına görə, 2026-cı ilin əvvəlindən avqustun 5-dək ölkədə 65 Qərbi Nil virusu infeksiyası aşkarlanıb. Virus səbəbindən 65 yaşdan yuxarı 6 nəfər həyatını itirib.

Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzinin məlumatlarına görə, Yunanıstan Avropada Qərbi Nil virusuna yoluxma hallarının sayına görə İtaliyadan sonra ikinci yerdədir.

Ötən ilin avqust ayına qədər Yunanıstanda 35 yoluxma qeydə alınmışdı. 2025-ci ilin sonuna qədər isə ölkədə ümumilikdə 96 Qərbi Nil virusu hadisəsi aşkarlanıb və 10 nəfər həyatını itirib.(yeni sabah)

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR