AzInTelecom 2026-cı ilin ilk yarımilində əldə olunan nəticələri açıqlayıb

AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC 2026-cı ilin ilk 6 ayında rəqəmsal xidmətlərlə bağlı əldə edilmiş nəticələri açıqlayıb.

İlk yarımilliyin yekunlarına əsasən, şirkətin bulud xidmətlərindən istifadə edən qurumların sayı 247-yə çatıb. Bunlardan 140-ı özəl sektor nümayəndələridir. Eyni zamanda, dövlət qurumlarının informasiya sistemlərinin vahid və təhlükəsiz infrastrukturda yerləşdirilməsini nəzərdə tutan "Hökumət buludu" layihəsinə miqrasiya edən qurumların sayı 147 olub.

Şirkətin digər əsas məhsulu - SİMA yeni nəsil rəqəmsal imzanın da istifadəsi ilə bağlı müsbət dinamika müşahidə olunub. “SİMA İmza” mobil tətbiqin ümumi endirilmə sayı 7 milyona çatıb. Tətbiqdə qeydiyyatdan keçən istifadəçilərin sayı 4,5 milyon təşkil edib. SİMA həllərindən istifadə edən tərəfdaş qurumların sayı isə 139-a yüksəlib.

Hesabat dövründə ötən il istifadəyə verilmiş Superkompüter Mərkəzi süni intellekt və yüksək hesablama gücü tələb edən layihələr üçün töhfə verməyə davam edib. Hazırda Mərkəzin imkanlarından 6 müxtəlif qurum istifadə edir.

AzInTelecom-a məxsus Mobil Cihazların Qeydiyyatı Sistemi tərəfindən Azərbaycana gətirilən mobil cihazların saxta IMEI kodlarla qeydiyyatdan keçirilməsinə qarşı mübarizə tədbirləri davam etdirilib.  Görülən tədbirlər çərçivəsində “klon” statusu verilmiş IMEI kodların sayı 73 056-a çatıb.

“AzInTelecom” MMC bundan sonra da ölkədə rəqəmsal transformasiyanın sürətləndirilməsi, müasir texnoloji həllərin əlçatanlığının genişləndirilməsi və təhlükəsiz rəqəmsal ekosistemin inkişafı istiqamətində fəaliyyətini davam etdirəcək.

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR