ChatGPT-ni psixoloq əvəzinə istifadə etmək TƏHLÜKƏLİDİR

Gündəlik həyatda, xüsusilə də gərgin və stresli şəraitdə yaşayan insanlar arasında süni intellektin psixoloqu əvəz edib-edə bilməyəcəyi ilə bağlı suallar artır.

Süni intellektin insan psixikasına təsirino bir sıra alimlər araşdırıb. Amerikalı fəlsəfə doktoru, psixoloq Cudit S. Bek Psychology Today üçün yazdığı məqalədə tədqiqatlara istinad edərək bildirib ki, ChatGPT kimi süni intellekt çat-botlarından psixoloji vəziyyəti yaxşılaşdırmaq məqsədilə istifadə etməyin həm üstünlükləri, həm də ciddi riskləri var. Mütəxəssisin sözlərinə görə, mənfi tərəflər o qədər əhəmiyyətlidir ki, ilk növbədə məhz onlara diqqət yetirmək lazımdır.

ChatGPT-ni niyə psixoloq əvəzinə istifadə etmək olmaz?
Psixoloq vurğulayır ki, ciddi psixi pozuntuların, o cümlədən bipolyar pozuntu və ya şizofreniyanın əlamətləri olan şəxslər, eləcə də özünə və ya başqalarına zərər vermək barədə düşünən insanlar çat-botlardan psixoloji dəstək məqsədilə istifadə etməməlidirlər.

Araşdırmalara görə, radikal və ya ifrat düşüncələrə malik insanlar bəzən süni intellektin onların fikirlərini təsdiqlədiyini hiss edirlər. Çünki çat-botun əsas məqsədlərindən biri istifadəçi ilə uyğun ünsiyyət qurmaqdır. Dünyada sənədləşdirilmiş bəzi hallarda psixi sağlamlıq problemi yaşayan şəxslərin çat-botlarla ünsiyyətdən sonra simptomlarının ağırlaşdığı, hətta intihar və ya zorakılıq hadisələrinin baş verdiyi qeyd olunur.

Alimlər bildirirlər ki, psixi xəstəliyi olmayan insanlar üçün də belə platformalar müəyyən risklər yarada bilər. Süni intellekt istifadəçinin gələcək, dünya, digər insanlar və ya özü haqqında mənfi düşüncələrini istəmədən gücləndirə bilər.

Süni intellektə emosional bağlılıq yarana bilər

Mütəxəssislərin fikrincə, bəzi insanlar zamanla süni intellekti canlı varlıq kimi qəbul etməyə və onun cavablarını həqiqi empatiya kimi dəyərləndirməyə başlayırlar. Bu isə emosional asılılığın yaranmasına, real insanlarla münasibətlərin zəifləməsinə və sosial əlaqələrin azalmasına səbəb ola bilər.

ChatGPT-ni psixoloq kimi istifadə etməyin digər mənfi cəhətləri

Çat-bot mürəkkəb və ya xroniki psixoloji problemləri, eləcə də toksik münasibətlərdə olan insanları lazımi şəkildə qiymətləndirə bilmir. Belə hallarda peşəkar və fərdiləşdirilmiş müalicə planına ehtiyac olur. Bundan əlavə, süni intellekt istifadəçinin davranış və düşüncə tərzini hərtərəfli təhlil etmək imkanına malik deyil. Buna görə də verdiyi tövsiyələr konkret vəziyyət üçün uyğun olmaya və ya yanlış istiqamətə yönləndirə bilər.

Ekspert həmçinin qeyd edir ki, çat-botlar fərdi terapiya metodlarını istifadəçiyə uyğunlaşdıra bilmir. Bundan başqa, məlumatların məxfiliyi və hüquqi məsuliyyət məsələləri də tam həll olunmayıb. Bir çox istifadəçi düzgün sorğu yazmaqla ChatGPT-ni psixoloqa çevirməyin mümkün olduğunu düşünsə də, mütəxəssislər bunun təhlükəsiz yanaşma olmadığını vurğulayırlar.

Süni intellekt psixoloqu əvəz edə bilərmi?

Mütəxəssislərin fikrincə, süni intellekt istənilən vaxt əlçatan olsa da, onu peşəkar psixoloq və ya psixoterapevtin tam alternativi hesab etmək düzgün deyil. Bundan əlavə, ChatGPT ilə yazışmaların tam anonim olduğu düşüncəsi də reallığı tam əks etdirmir. Süni intellekt müəyyən mövzularda dəstək, məlumat və düşünməyə kömək edən alət ola bilər, lakin ciddi psixoloji problemlərin diaqnostikası və müalicəsi yalnız ixtisaslı mütəxəssislər tərəfindən aparılmalıdır.(lent.az)

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR