Milli mətbuatımızın çırağı - “Əkinçi”

XIX əsrin sonlarında demokrat və jurnalist, görkəmli ziyalı Həsən bəy Zərdabinin təşkilatçılığı ilə "Əkinçi" qəzeti nəşrə başladı. "Əkinçi" qəzeti ilə əsası qoyulmuş Azərbaycan milli mətbuatı bütün dövrlərdə xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynamışdır. 56 nömrəsi çapdan çıxan qəzetin nəşrinə 1877-ci ildə qadağa qoyulmuşdur. Çox qısa ömür sürməsinə baxmayaraq, "Əkinçi" milli mətbuatımızın formalaşmasına əhəmiyyətli təsir göstərmişdir.

Sonrakı illərdə görkəmli ziyalılarımız tərəfindən nəşr edilən "Ziya", "Şərqi-Rus", "İrşad", "Molla Nəsrəddin" və s. nəşrlər məhz "Əkinçi" ənənələrini davam etdirmiş, Azərbaycanın milli dirçəliş tarixində önəmli yer tutmuşlar. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin orqanı kimi nəşrə başlayan "Azərbaycan" qəzeti milli demokratik jurnalistikamızın zirvəsini təşkil edir.
1920-ci ildə Azərbaycanın sovetləşməsi ilə "partiya-sovet mətbuatı" adı ilə tarixə düşən 70 illik kommunist jurnalistikası dövrü başladı. Bu mərhələdə mətbuatımız həyata ideoloji nəzərlərlə baxmağa məcbur edilsə də, qəzet-jurnalların sayı və tirajı artdı, jurnalistika təhsili təşkil olundu, mətbuat tariximiz öyrənildi, cəmiyyətin həyatında mətbuatın rolu genişləndi. Milli mətbuatımızda 1988-ci ildə başlayan xalq hərəkatı zəminində yeni mütərəqqi bir dövr başladı. 1991-ci ildə dövlət müstəqilliyimizin elan olunması ilə yeni demokratik jurnalistika vətəndaşlıq hüququ qazandı, lakin suverenliyin ilk illərində ölkəmizin üzləşdiyi, yaşadığı çətinlik və faciələr mətbuatımızdan da yan keçmədi.

Cəmiyyətdə mətbuatın rolunu yüksək dəyərləndirən Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqının təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışı ilə ölkəmizdə milli mətbuatın inkişafı üçün geniş imkanlar yaradıldı. Azad mətbuatın əsaslı hüquqi bazası yaradıldı, qarşıya çıxan maddi-texniki maliyyə problemlərinin həlli ilə bağlı dövlət səviyyəsində vacib tədbirlər görüldü. 1998-ci ildə senzuranın ləğvi, 2001-ci ildən isə ölkədə latın qrafikalı əlifbaya keçirilməsi müasir mətbuatımızın tarixində ən əlamətdar hadisələrdir. Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev bu gün azad mətbuatın inkişafını, demokratik cəmiyyət quruculuğunda jurnalistlərin fəaliyyətini daim dəstəkləyir. Əlbəttə ki, azad mətbuatın mövcudluğu ölkəmizin demokratik inkişafı üçün ən başlıca şərtlərdən biridir. Azərbaycan mətbuatının özülü xalqa təmənnasız xidmət, onun tərəqqisi yolunda çalışmaq amalı ilə qoyulub. Bu bünövrə üzərində ucalan mətbuatımız həmişə xalqımızla bir yerdə olub, onun arzu və əməllərinin gerçəkləşməsində yardımçı olmuşdur.

Cəvahir Talıbova
Neftçala rayonu

      

SON XƏBƏRLƏR

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

BÜTÜN XƏBƏRLƏR