Azərbaycanlı turistlər Gürcüstanda 108 MİLYON DOLLAR xərclədi

Bu ilin I yarısında Gürcüstanın turizm sektorunun azərbaycanlı turistlərdən gəliri 107,6 milyon ABŞ dolları təşkil edib, bu da ötən ilin eyni dövrünün göstəricisindən 4,9 % çoxdur.

Bu barədə Gürcüstan Milli Bankının açıqladığı statistik icmalda bildirilir.

Məlumata görə, cari ilin I rübündə azərbaycanlı turistlərdən gəlir 48,1 milyon ABŞ dolları, II rübündə isə 59,5 milyon ABŞ dolları təşkil edib.

Bütövlükdə Gürcüstanın turizmi birinci yarımillik ərzində 1 milyard 931,6 milyon ABŞ dolları gəlir əldə edib.

Statistika nümayiş etdirir ki, Azərbaycan 2026-cı ilin ilk yarısında Gürcüstanın turizm sektoruna gətirilən gəlirlərin həcminə görə top-5 ölkə sırasına daxildir.

Lider olaraq 335,7 milyon ABŞ dolları göstərici ilə Avropa İttifaqı (Böyük Britaniya daxil olmaqla) qalır, bu da iki rüb ərzində sahənin ümumi gəlirinin 17,4 %-ni təşkil edir. İkinci yerdə - 307,1 milyon ABŞ dolları ilə (15,9 %) Rusiya, üçüncü yerdə - 255,1 milyon ABŞ dolları ilə (13,2 %) Türkiyədir. Dördüncü yeri 222,7 milyon ABŞ dolları göstərici ilə (11,5 %) İsrail tutur.(Report)

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR