Hava proqnozları psixologiyamıza necə təsir edir?

Hava proqnozlarının dəqiq olmaması təkcə gündəlik planları pozmur, həm də insanların psixoloji vəziyyətinə ciddi təsir göstərir. Xüsusilə yağış proqnozuna görə həftəsonu planlarını ləğv edən insanların sonradan günəşli hava ilə qarşılaşması məyusluq və narazılıq hissi yarada bilər.

Cənubi Koreyanın Pohanq Elm və Texnologiya Universitetinin alimləri bu reaksiyaların elmi əsaslarını araşdırıblar. Tədqiqatçılar 2023-cü ildə Yaponiya və Cənubi Koreyaya təsir göstərən "Khanun” tayfunu zamanı hava proqnozları ilə insanların emosional reaksiyaları arasındakı əlaqəni təhlil ediblər.

Araşdırma çərçivəsində 613 meteoroloji müşahidə stansiyasından əldə olunan məlumatlar sosial şəbəkələrdə paylaşılan 43 mindən çox mesajla müqayisə edilib. Nəticələr göstərib ki, proqnozlar reallığı əks etdirmədikdə insanlar fərqli emosional reaksiyalar nümayiş etdirirlər.

Tədqiqata əsasən, yağıntının faktiki vəziyyətdən daha çox proqnozlaşdırıldığı qərb bölgələrində insanlar saatlarla mümkün fəlakət qorxusu ilə yaşayıblar. Bu ərazilərdə narahatlıq və psixoloji yorğunluq hissi üstünlük təşkil edib. Yağış yağmasa belə, gözlənti nəticəsində yaranan stress insanların emosional tükənməsinə səbəb olub.

Əksinə, yağıntının olduğundan az proqnozlaşdırıldığı şərq bölgələrində insanlar gözlənilmədən baş verən əlverişsiz hava şəraiti ilə üzləşərək çaşqınlıq, acizlik və utanc hissi keçiriblər. Alimlər bildirirlər ki, proqnozdakı səhvin xarakteri insanların reaksiyasına birbaşa təsir göstərir.

Düzgün kommunikasiya vacibdir

Tədqiqatın rəhbəri doktor Kiru Kim hesab edir ki, fövqəladə halların idarə edilməsində təkcə texniki dəqiqlik kifayət etmir. Onun sözlərinə görə, meteoroloji xidmətlər proqnozlardakı qeyri-müəyyənlikləri ictimaiyyətə daha açıq və şəffaf şəkildə izah etməlidirlər. Bu, insanların riskləri daha düzgün qiymətləndirməsinə kömək edə bilər.

Böyük Britaniyanın Ridinq Universitetinin mütəxəssisləri isə bildirirlər ki, temperatur proqnozlarında dövlət meteoroloji xidmətləri daha yüksək dəqiqlik nümayiş etdirsə də, yağıntı proqnozlarında bəzi media qurumlarının təqdim etdiyi xidmətlər daha uğurlu nəticələr verə bilir.

Bununla yanaşı, mütəxəssislər vurğulayırlar ki, proqnoz müddəti uzandıqca bütün hava proqnozlarında xəta ehtimalı da artır.(qaynarinfo)

SON XƏBƏRLƏR

Azərbaycan-Kamboca sənədləri mübadilə olunub

Sabah yağış yağacaq

İlham Əliyev: Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik

AFFA yeni layihələrini ictimaiyyətə təqdim edib

İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub

DİN: Cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanılıb

70-dən çox vətəndaşa pulsuz hüquqi yardım göstərilib

Kamboca Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi olub

Prezident İlham Əliyev və  Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

İlham Əliyev Kadırovu qəbul etdi

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Gənc kursantların andiçmə mərasimi keçirilib

BDYPİ-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət!

Azərbaycanın şərqşünaslıq elmini zirvələrə ucaldan alim – Aida İmanquliyeva

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

BÜTÜN XƏBƏRLƏR