Kakaonun 4 yeni növü aşkar edilib

Alimlər Peruda kakaonun daha əvvəl məlum olmayan 4 yeni yerli növünü aşkar ediblər. Tədqiqatın nəticələrinin nəsli təhlükə altında olan kakao bitkisinin qorunmasına töhfə verəcəyi, eyni zamanda, yeni şokolad növlərinin hazırlanmasına imkan yaradacağı gözlənilir.

İqlim dəyişikliyi, bitki xəstəlikləri və meşələrin qırılması kakao istehsalını ciddi təhdid altına salır. Bununla yanaşı, bir çox kakao fermerlərinin dolanışıqda çətinlik çəkmələri gənc nəslin bu sahəyə marağını da azaldır. Mütəxəssislər bildirirlər ki, eyni növ kakao ağaclarının geniş şəkildə becərilməsi plantasiyaları xəstəliklərə və iqlim dəyişikliklərinin təsirlərinə qarşı daha həssas edir. Bu səbəbdən alimlər genetik müxtəlifliyi artıracaq yeni kakao növlərinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar aparırlar.

Dünyanın ən böyük səkkizinci kakao istehsalçısı olan Peruda əsasən süni seleksiya və ya gen mühəndisliyi ilə dəyişdirilməmiş yabanı və yarı yabanı kakao növləri yetişdirilir. Əvvəlki tədqiqatlar Peru və digər ölkələrdə yetişən yerli kakao ağaclarının genetik oxşarlıqlarına əsasən 10 əsas qrupa bölündüyünü göstərmişdi.

Yamaykadakı Vest-Hind Universitetinin alimi Lambert Motilalın rəhbərlik etdiyi tədqiqat qrupu Perunun müxtəlif bölgələrində yerləşən təsərrüfatlardan toplanmış 390 yabanı və yarı yabanı kakao ağacının genetik xüsusiyyətlərini təhlil edib. Araşdırma zamanı alimlər hər ağacın DNT-sindəki genetik fərqləri müqayisə edərək onların bir-biri ilə qohumluq əlaqələrini müəyyənləşdiriblər. Nəticələri “PLOS One” jurnalında dərc olunan araşdırmada əvvəllər məlum olmayan 4 yeni kakao genetik xəttinin mövcudluğu təsdiqlənib. Tədqiqatçılar hesab edirlər ki, yeni aşkar edilən növlərdən ikisi yüksək keyfiyyətli və dad xüsusiyyətləri ilə seçilən kakao dənələri yetişdirmək potensialına malikdir.

Məqalədə qeyd olunur ki, araşdırma Perudakı kakao ağaclarının ölkə üzrə ümumi genetik xüsusiyyətlərə malik olduğunu, eyni zamanda, hər bölgənin özünəməxsus genetik xüsusiyyət daşıdığını ortaya qoyub. Alimlər bildirirlər ki, müəyyən edilən 4 yeni genetik xətt həm elmi baxımdan, həm də kakao istehsalı üçün mühüm əhəmiyyət kəsb edir. Tədqiqat müəlliflərinin fikrincə, bu nəticələr Perunun kakao genetikası haqqında mövcud təsəvvürləri genişləndirməklə yanaşı, biomüxtəlifliyin qorunması və yüksək keyfiyyətli şokolad sənayesinin inkişafı üçün yeni imkanlar yaradır.

Araşdırma çərçivəsində son illərdə yüksək məhsuldarlığı və xəstəliklərə davamlılığı ilə məşhurlaşan CCN 51 adlı kakao növünün genetik mənşəyi də müəyyən edilib. Məlum olub ki, bu növ əvvəllər tanınan dörd fərqli genetik xəttin qarışığından formalaşıb və onların hər birinin genetik payı ayrıca hesablanıb. Alimlər hesab edirlər ki, əldə olunan yeni nəticələr həm kakao bitkisinin qorunması, həm də Peruda kakao sənayesinin inkişafı və daha keyfiyyətli məhsulların istehsalı baxımından mühüm rol oynaya bilər. (İki Sahil)

SON XƏBƏRLƏR

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

BÜTÜN XƏBƏRLƏR