Azərbaycanda ən az rast gəlinən 5 yoluxucu xəstəlik - RƏSMİ

Azərbaycanda son beş ildə qeydiyyata alınan bəzi yoluxucu və parazitar xəstəliklər üzrə statistika açıqlanıb. Məlumatlar exinokokkoz və dəri leyşmaniozu hallarında azalma müşahidə olunduğunu göstərir.

Gazette.az bildirir ki, Modern.az-ın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən bildirilib ki, 2025-ci ildə exinokokkoz üzrə 24 yoluxma halı qeydə alınıb. Bu göstərici 2024-cü ildə 33, 2023-cü ildə 58, 2022-ci ildə 74, 2021-ci ildə isə 43 olub.

Cüzam xəstəliyi üzrə vəziyyət son illərdə sabit qalıb. Belə ki, 2021-ci ildə 11, 2022-2025-ci illərdə isə hər il 10 yoluxma halı qeydə alınıb.

Visseral leyşmanioz üzrə 2025-ci ildə 19 yoluxma faktı qeydə alınıb. Bu göstərici 2024-cü ildə 11, 2023-cü ildə 31, 2022-ci ildə 27, 2021-ci ildə isə 42 olub.

Dəri leyşmaniozu hallarında isə son illərdə əhəmiyyətli azalma müşahidə edilir. 2023-cü ildə 46 yoluxma halı qeydə alındığı halda, bu rəqəm 2024-cü ildə 16-ya, 2025-ci ildə isə 5-ə enib. Müqayisə üçün qeyd edək ki, 2021 və 2022-ci illərdə hər il 19 yoluxma halı qeydə alınmışdı.

Quduzluq xəstəliyi üzrə isə son beş ildə yoluxma halları çox aşağı səviyyədə qalıb. 2021-ci ildə 1, 2022-ci ildə 1, 2023-cü ildə 3, 2024-cü ildə 2, 2025-ci ildə isə 1 yoluxma faktı qeydə alınıb.

SON XƏBƏRLƏR

Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması

“Qarabağ”ın mətbuat katibi vəzifəsindən ayrıldı

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib

Azərbaycanda 102 tələbəyə Prezident təqaüdü verilib

"Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı" nəticələri açıqlandı

ASCO-nun quru yük daşımalarında əhəmiyyətli yüksəliş

Azərbaycan-Kamboca sənədləri mübadilə olunub

Sabah yağış yağacaq

İlham Əliyev: Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik

AFFA yeni layihələrini ictimaiyyətə təqdim edib

İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub

DİN: Cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanılıb

70-dən çox vətəndaşa pulsuz hüquqi yardım göstərilib

Kamboca Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi olub

Prezident İlham Əliyev və  Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

İlham Əliyev Kadırovu qəbul etdi

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Gənc kursantların andiçmə mərasimi keçirilib

BDYPİ-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət!

Azərbaycanın şərqşünaslıq elmini zirvələrə ucaldan alim – Aida İmanquliyeva

BÜTÜN XƏBƏRLƏR