AzInTelecom 73 mindən çox saxta IMEI kodu bloklayıb

AZCON Holding  şirkətlərindən olan “AzInTelecom” MMC Azərbaycana gətirilən mobil cihazların saxta IMEI kodlarla qeydiyyatdan keçirilməsinə qarşı mübarizə tədbirlərini davam etdirir.

Görülən tədbirlər çərçivəsində bu günədək kopyalanmış 73 056 IMEI koda “klon” statusu verilərək blok edilib. Araşdırmalar nəticəsində məlum olub ki, kopyalanmış IMEI kodlarla 1 574 050 dəfə Azərbaycanın mobil rabitə məkanında şəbəkəyə qoşulma cəhdi olub. Bütün cəhdlərin qarşısı “AzInTelecom”a məxsus Mobil Cihazların Qeydiyyat Sistemi (MCQS) tərəfindən aşkar edilərək alınıb.

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Mobil cihazların qeydiyyatının aparılması Qaydası”na əsasən, xaricdən Azərbaycana gətirilən mobil cihazların ölkə telekommunikasiya şəbəkəsində istifadə olunması üçün onların IMEI kodları 30 gün ərzində qeydiyyatdan keçirilməlidir. Qeydiyyat prosesini onlayn şəkildə mygov portalında və ya fiziki formada poçt məntəqələrində həyata keçirmək mümkündür. 

Mobil cihazların saxta IMEI kodlarla qeydiyyatdan keçirilməsinə qarşı mübarizə həm abonentlərin hüquqlarının qorunmasına, həm də mobil rabitə bazarında şəffaflığın təmin olunmasına xidmət edir. “AzInTelecom” MMC vətəndaşlara mobil telefon almamışdan əvvəl cihazın qutusu üzərində qeyd edilən IMEI nömrəsini mygov portalında yoxlamağı və etibarlı satış məntəqələrinə üstünlük verməyi tövsiyə edir.

SON XƏBƏRLƏR

BDYPİ-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət!

Azərbaycanın şərqşünaslıq elmini zirvələrə ucaldan alim – Aida İmanquliyeva

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

BÜTÜN XƏBƏRLƏR