Dövlət aktivləri üzrə vahid reyestr yaradılacaq

"Dövlət satınalmalarının elektronlaşdırılması istiqamətində də ciddi addımlar atılır. Elektron müqavilə sistemi artıq istifadəyə verilib. Son aylarda bağlanan bütün dövlət satınalma müqavilələri elektron qaydada rəsmiləşdirilir".

Bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, bu sistem tam formalaşdıqdan sonra dövlət əmlakı, nəqliyyat vasitələri, inventar və digər dövlət aktivləri üzrə vahid reyestr yaradılacaq. Eyni zamanda dövlət aktivlərinin balans dəyəri və amortizasiya göstəriciləri üzrə vahid məlumat bazası formalaşacaq:

“Bu isə büdcənin cari saxlanma və istismar xərclərinin daha dəqiq və avtomatlaşdırılmış şəkildə planlaşdırılmasına imkan verəcək.

Məqsədimiz ondan ibarətdir ki, gələcəkdə büdcənin təxminən 60-70 faizi avtomatlaşdırılmış mexanizmlər əsasında formalaşsın. Zəruri məlumat bazaları və elektron sistemlər tam hazır olduqdan sonra bu istiqamətdə addımlar daha da sürətləndiriləcək”.
S.Babayev əlavə edib ki, debitor borcların və digər maliyyə risklərinin qarşısının alınmasında da elektron xəzinədarlıq və elektron müqavilə sistemlərinin rolu böyükdür:
“Bu sistemlər geniş tətbiq olunduqca təminatsız öhdəliklərin və nəzarətsiz borcların yaranması imkanları əhəmiyyətli dərəcədə azalacaq.

Dövlət müəssisələrinin elektron maliyyə hesabatlılığı və audit mexanizmləri də dövlət maliyyəsinin idarə olunmasına daha sistemli və operativ nəzarət etməyə imkan verəcək”.
Nazir vurğulayıb ki, icra prosesində müəyyən çətinliklər də yaranır:

“Çünki bəzi layihələrin prosedur baxımından vaxtında və keyfiyyətli şəkildə həyata keçirilməsi kifayət qədər zaman tələb edir”.

SON XƏBƏRLƏR

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

BÜTÜN XƏBƏRLƏR