Azərbaycan milli maraqlarını qorumaq və ədalətsiz yanaşmalara adekvat cavab vermək gücündədir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu günlərdə “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxışında Avropa təsisatları ilə bağlı tənqidlərini daha da konkret faktlar və arqumentlərlə əsaslandırdı.

Belə ki, bəzi qurumların fəaliyyətinin sülh gündəliyinə xidmət etməkdən uzaq olduğu və əksinə, siyasi qərəz elementləri ilə müşayiət olunduğu xüsusi vurğulandı.

Dövlət başçısı xüsusi olaraq Avropa Parlamentinin fəaliyyətinə toxunaraq qeyd etdi ki, bu qurum Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına töhfə vermək əvəzinə, prosesə mane olan addımlar atır və hətta sabotaj xarakterli yanaşma nümayiş etdirir. Təəssüf doğuran məqamlardan biri odur ki,  İkinci Qarabağ müharibəsi başa çatdıqdan cəmi altı ay sonra – 2021-ci ilin may ayından başlayaraq 2026-cı ilin 30 aprel tarixinə qədər Avropa Parlamenti tərəfindən Azərbaycanla bağlı 14 qətnamə qəbul olunub. Prezident bu faktı vurğulayaraq qeyd etdi ki, qısa zaman kəsiyində belə intensiv və ardıcıl şəkildə qəbul edilən sənədlər artıq sistemli yanaşmadan çox, məqsədli kampaniya təsiri bağışlayır. Məlumdur ki, bu qətnamələrin əksəriyyəti reallıqları əks etdirməyən, təhrif olunmuş məlumatlara əsaslanan və Azərbaycanı hədəf alan ittihamlarla zəngindir. Xüsusilə son qətnamənin Zirvə görüşü ərəfəsində – cəmi dörd gün əvvəl qəbul edilməsi onun təsadüfi olmadığını, əksinə, məqsədli siyasi mesaj xarakteri daşıdığını göstərir.

Dövlət başçısı qeyd edib ki, Avropa Parlamenti əslində öz gündəliyində olan və Avropa cəmiyyətlərini narahat edən bir sıra fundamental problemlərə – ksenofobiya, islamofobiya, anti-semitizm, miqrasiya böhranı, sosial bərabərsizlik, rəqabət qabiliyyətinin zəifləməsi və evsizlik kimi məsələlərə daha çox diqqət yetirməlidir. Lakin bunun əvəzinə, bu qurumun Azərbaycanla bağlı böhtan və yalan xarakterli iddialar irəli sürməsi onun prioritetlərinin düzgün müəyyənləşdirilmədiyini göstərir. Şübhə yoxdur ki, Azərbaycanın hədəfə alınmasının əsas səbəbi ölkəmizin öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa etməsi, separatçılığa son qoyması və müharibə cinayətlərinə görə məsul şəxslərin ədalət mühakiməsinə cəlb edilməsidir. Bu addımlar beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olsa da, bəzi dairələr tərəfindən qərəzli şəkildə təqdim olunur. Bununla bağlı olaraq Azərbaycan Respublikası Milli Məclisinin mövqeyi də diqqətə çatdırılıb. Belə ki, parlament 2026-cı il mayın 1-də Avropa Parlamenti ilə bütün sahələrdə əməkdaşlığın dayandırılması, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsi çərçivəsində fəaliyyətə xitam verilməsi və Avronest Parlament Assambleyasında üzvlüyün dayandırılması ilə bağlı prosedurların başlanmasına dair rəsmi qərar qəbul edib. Bu qərar, Azərbaycanın milli maraqlarını qorumaq və ədalətsiz yanaşmalara adekvat cavab vermək məqsədi daşıyır. Görünən odur ki, Avropa Siyasi Birliyinin Zirvə görüşləri məhz açıq dialoq və qarşılıqlı fikir mübadiləsi platformasıdır. Bu baxımdan, səsləndirilən fikirlərin məqsədi həmkarları baş verən proseslər barədə obyektiv şəkildə məlumatlandırmaq, yanlış informasiyaların və manipulyativ yanaşmaların qarşısını almaqdır. Dövlət başçısı vurğulayıb ki, yalnız şəffaf və səmimi dialoq yolu ilə regionda dayanıqlı sülh və əməkdaşlıq mühiti təmin oluna bilər.

Sübhan Talıblı
Neftçala rayonu

 

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR