«YeniSƏN» adlı qadınların şəxsi inkişaf forumu keçirilib

2ci dəfə olaraq  «YeniSƏN» adlı qadınların şəxsi inkişaf forumu keçirildi. Forumda müxtəlif peşə sahəsindən olan və sahibkar xanımlarla yanaşı öyrənmək və yenilənmək istəyən hər kəs iştirak etdi.

Forumun açılışı Xarı Bülbül Events Qrupun forum üçün özəl hazırladığı Qadını sülh elçisi kimi tərənnüm edən rəqsi ilə başladı. Sonra isə Forumun Təşkilati komandasının forumun məqsədi və gözləntiləri ilə bağlı fikirləri səsləndirildi.

«YeniSƏN» layihəsinin əsas məqsədi forumda iştirak edən hər bir xanımı ölkədə hərəsi öz sahəsində uğur qazanmış mütəxəssislərlə görüşdürmək və sağlam qidalanma, erkən yaşlanma, övlad yetişdirmək, düzgün karyera qurmaq , az büdcə ilə yaxşı təhsil almaq  və eləcə də hüquq, psixologiya , maliyyə sahəsində biliklərini artırmaq ilə bağlı mövzularda maarifləndirməkdir. 

Nəzərinizə çatdıraq ki, forum Təhsil və Maarifləndirmə sektorunda fəaliyyət göstərən “World” Karyera və Peşə Mərkəzi , eləcə də “Ömür Dent” diş klinikası tərəfindən təşkil olunmuşdur.  BSC konsaltinq şirkəti , Sənay İnkişaf Mərkəzi , Red Oil yanacaqdoldurma məntəqələri , Aladdin Kids Salon və digər şirkətlərin sponsorluğu ilə keçirilən və  2 hissədən ibarət olan forumda müxtəlif yazarların kitab imza saatı eləcə də networking üçün əlverişli çay fasiləsi də gerçəkləşdi.

Ümumi 18 Spiker əvvəlcədən hazırladığı nitqi və səhnə hazırlığı ilə valideynlik , qadın olmaq, gözəllik , sağlamlıq , mənəvi inkişaf, karyera və şəxsi inkişaf mövzularında emosional və maarifləndirici çıxışlar etdi.
Növbəti Forumda iştirak etmək istəyənlər Forum haqqında daha detallı məlumatı instagram səhifəsini izləyərək əldə edə bilərlər. ( yenisen_inkişaf_forum)

Foto şəkillərdə  tədbirin görüntüləri əks olunmuşdur.

        

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR