Daxili Qoşunlar kursant qəbulu elan edir

Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunlarının Hərbi İnstitutu 2026-2027-ci tədris ili üçün "İctimai təhlükəsizlik və idarəetmə" ixtisasına kursant qəbulu elan edir.

Bu barədə Gazette.az-a DİN-dən məlumat verilib.

Bildirilib ki, namizədlər Azərbaycan dilini sərbəst bilən, boyu azı 165 sm, buraxılış sinfində oxuyan və ya tam orta təhsilli, qəbul edildiyi ildə 17 yaşı tamam olan və 20 yaşı keçməyən Azərbaycan Respublikasının vətəndaşları sırasından seçilir.

Sınaq və müvafiq yoxlamalardan uğurla keçən namizədlərin siyahısı Dövlət İmtahan Mərkəzinə göndərilir.

İmtahanlar test üsulu ilə 3-cü ixtisas qrupuna aid fənlər üzrə Azərbaycan və rus dillərində keçirilir.

Kursantlar dövlət hesabına geyim forması, yataqxana və yeməklə təmin edilirlər. Tədris Azərbaycan dilində aparılır, müddət 4 ildir.

Məzunlara diplom və "leytenant" hərbi rütbəsi verilir. Onlar daxili işlər orqanlarında müvafiq vəzifələrə təyin edilirlər.

İnstituta sənədlər 2026-cı il martın 1-dən aprelin 20-dək, iş günləri saat 10-dan 17-dək Daxili Qoşunların Baş İdarəsində qəbul olunur.

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR