Bakı aeroportunda yeni terminal inşa ediləcək

Heydər Əliyev Beynəlxalq Aeroportunda uzunmüddətli perspektivdə əsas strateji həll yeni terminalın inşasıdır.

Gazette.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Bakı Aeroportundan bildirilib.

Qeyd edilib ki, yaxın illər üçün əsas məqsəd hava limanının mövcud infrastrukturunun daha səmərəli istifadəsi və buraxılış qabiliyyətinin artırılmasıdır: "Bu çərçivədə terminal daxilində proseslərin optimallaşdırılması, avtomatlaşdırma səviyyəsinin artırılması, sərhəd və təhlükəsizlik nəzarətində yeni texnoloji həllərin geniş tətbiqi, sərnişin axınının daha düzgün idarə olunması və pik saatların balanslaşdırılması nəzərdə tutulur. Eyni zamanda müəyyən infrastruktur genişləndirmələri və funksional dəyişikliklər hesabına mövcud terminalın faktiki buraxılış qabiliyyətinin artırılması planlaşdırılır".

Məlumata əsasən, yeni terminal inşa edildikdən sonra hava limanının ümumi buraxılış qabiliyyətinin daha yüksək səviyyəyə çatdırılması planlaşdırılır: "Beləliklə, yanaşma ikimərhələlidir: əvvəlcə mövcud resursların maksimum effektiv istifadəsi və optimallaşdırma yolu ilə həcmin artırılması, daha sonra isə yeni terminal binası hesabına uzunmüddətli və dayanıqlı inkişafın təmin edilməsi".

Xatırladaq ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda 2 terminal fəaliyyət göstərir. Terminallar beynəlxalq və yerli uçuşlarla səyahət edən bütün sərnişinlərə lazım olan bütün xidmətləri təqdim edir.

SON XƏBƏRLƏR

ASCO-nun quru yük daşımalarında əhəmiyyətli yüksəliş

Azərbaycan-Kamboca sənədləri mübadilə olunub

Sabah yağış yağacaq

İlham Əliyev: Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik

AFFA yeni layihələrini ictimaiyyətə təqdim edib

İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub

DİN: Cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanılıb

70-dən çox vətəndaşa pulsuz hüquqi yardım göstərilib

Kamboca Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi olub

Prezident İlham Əliyev və  Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

İlham Əliyev Kadırovu qəbul etdi

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Gənc kursantların andiçmə mərasimi keçirilib

BDYPİ-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət!

Azərbaycanın şərqşünaslıq elmini zirvələrə ucaldan alim – Aida İmanquliyeva

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

BÜTÜN XƏBƏRLƏR