Azərbaycanda turizm bələdçilərinin sertifikatlaşdırılması prosesi davam edir

Azərbaycan Turizm Bürosunun (ATB) nəzdində fəaliyyət göstərən Turizm Bələdçilərinin Sertifikatlaşdırılması Orqanı (TBSO) tərəfindən icra olunan sertifikatlaşdırma prosesi çərçivəsində 157 turizm bələdçisi müvafiq imtahan mərhələlərini uğurla tamamlayıb.

Qiymətləndirmə prosesi müəyyən edilmiş standartlara uyğun şəkildə təşkil olunaraq, nəzəri biliklərin və praktiki bacarıqların yoxlanılmasını əhatə etməklə peşəkar bələdçi-ekspertlərin iştirakı ilə aparılıb.

Sertifikatlaşdırılmış 157 bələdçiyə vahid “Turizm bələdçisi” vəsiqəsi təqdim olunub və onların siyahısı ATB-nin rəsmi veb-saytının əsas səhifəsində “Sertifikatlaşdırılmış turizm bələdçiləri” bölməsinə (//tourismboard.az/az/certified-guides) yerləşdirilib. 

Qeyd edək ki, sertifikatlaşdırma prosesi davamlı xarakter daşıyır. Namizədlərin müraciətləri mütəmadi əsasda qəbul olunur və təqdim olunan sənədlər müvafiq qiymətləndirmə mərhələsinə yönləndirilir. Sertifikat almaq üçün tələb olunan bütün mərhələləri uğurla tamamlayan turizm bələdçiləri barədə məlumatlar müntəzəm olaraq yenilənərək qeyd olunan bölmədə dərc ediləcək.

Turizm bələdçilərinin müvafiq qiymətləndirmə mexanizmləri əsasında sertifikatlaşdırılması turizm sektorunda xidmət keyfiyyətinin yüksəldilməsinə, peşəkar səriştəliliyin gücləndirilməsinə və turist məmnuniyyətinin artırılmasına töhfə verir. Eyni zamanda bu proses turizm bazarında standartlara uyğun və etibarlı bələdçilərin fəaliyyətinin təmin olunmasına xidmət edir.

“Turizm haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə əsasən, sertifikatlaşdırılmış turizm bələdçiləri dövlət və bələdiyyə mülkiyyətində fəaliyyət göstərən muzeylərə, qalereyalara və dövlət qoruqlarına ödənişsiz daxil olmaq hüququna malikdirlər.

SON XƏBƏRLƏR

Azərbaycan-Kamboca sənədləri mübadilə olunub

Sabah yağış yağacaq

İlham Əliyev: Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik

AFFA yeni layihələrini ictimaiyyətə təqdim edib

İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub

DİN: Cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanılıb

70-dən çox vətəndaşa pulsuz hüquqi yardım göstərilib

Kamboca Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi olub

Prezident İlham Əliyev və  Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

İlham Əliyev Kadırovu qəbul etdi

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Gənc kursantların andiçmə mərasimi keçirilib

BDYPİ-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət!

Azərbaycanın şərqşünaslıq elmini zirvələrə ucaldan alim – Aida İmanquliyeva

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

BÜTÜN XƏBƏRLƏR