Bələdiyyələr də qanun pozuntusu azalmaq əvəzinə artıb

Bir sıra bələdiyyələrin birləşməsi nəticəsində ölkə üzrə bələdiyyələrin sayı 57 % azalsa da, bir sıra göstəricilər buna mütənasib şəkildə azalmayıb, əksinə müəyyən sahələrdə artım müşahidə olunub.

Ölkə.az xəbər verir ki, bu, Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsində" əksini tapıb. 

2025-ci ildə inzibati nəzarət qaydasında baxılması üçün daxil olmuş 81711 bələdiyyə aktı hüquqi ekspertizadan keçirilib. 

Daxil olan aktların ekspertizası nəticədə 79448 (97,2%) aktın qanunvericiliyə uyğun olduğu müəyyən edilsə də, normativ hüquqi aktların tələblərinə zidd olan 1645 (2%) aktın dəyişdirilməsi və ya ləğv edilməsi üçün bələdiyyələrə təkliflər verilib.

 Verilmiş təkliflər əsasında bələdiyyələr tərəfindən 644 (0,79%) akt ləğv edilib, 950 (1,16%) akt dəyişdirilib. Bələdiyyələr tərəfindən təmin olunmayan 7 (0,008%) təklif üzrə məhkəmələrdə iddia qaldırılıb. 

Müraciətlər üzrə inzibati nəzarət icraatı nəticəsində aşkar edilərək dəyişdirilməsi və ləğv edilməsi ilə bağlı aidiyyəti bələdiyyələrə verilmiş təkliflər əsasında qanunvericiliyin tələblərinə zidd 53 bələdiyyə aktının hamısı ləğv edilib. Ümumilikdə həm aktlar, həm də müraciətlər üzrə inzibati nəzarət icraatı zamanı təklif verilmiş 1698 aktdan 697-si (41%) ləğv edilib, 950-si (56%) dəyişdirilib, 7 (0,4%) təklif üzrə məhkəmələrdə iddia qaldırılıb.

Sənəddə qeyd olunur ki, birləşmə nəticəsində ölkə üzrə bələdiyyələrin sayı 57% azalsa da, 2024-2025-ci illər üzrə məlumatların müqayisəli təhlilindən görünür ki, bir sıra göstəricilər buna mütənasib şəkildə azalmamış, əksinə müəyyən sahələrdə artım müşahidə olunub. 
Fəaliyyəti yoxlanılmış bələdiyyələrin sayında 33%, aidiyyəti hüquq mühafizə orqanlarına göndərilmiş materialların sayında 22%, məhkəməyə göndərilmiş inzibati xəta haqqında protokolların təmini nisbətində 11% artıma nail olunub.

SON XƏBƏRLƏR

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

BÜTÜN XƏBƏRLƏR