Nizami Tibb Mərkəzində Whipple əməliyyatının icrasına başlanılıb

Nizami Tibb Mərkəzinin ümumi cərrahiyyə komandası tərəfindən icra olunan Whipple əməliyyatı (pankreatoduodenal rezeksiya) uğurla başa çatıb. 

62 yaşlı pasiyent üzərində həyata keçirilən mürəkkəb cərrahi əməliyyat təxminən 5 saat davam edib. Əməliyyat zamanı pasiyentin onikibarmaq bağırsağı, mədəaltı vəzin baş hissəsi, ümumi öd axarının distal hissəsi və öd kisəsi xaric edilib. Daha sonra həzm sisteminin davamlılığının təmin olunması məqsədilə mədəaltı vəzin qalan hissəsi ilə bağırsaq, ümumi öd yolu ilə bağırsaq, həmçinin mədə ilə bağırsaq arasında cərrahi anastomozlar yaradılıb.

Əməliyyat Nizami Tibb Mərkəzinin Cərrahiyyə şöbəsinin müdiri, ümumi cərrahlar Firdovsi Rüstəmov və Qüdrət Qəhrəmanov tərəfindən icra olunub.

Əməliyyatdan sonra 2 həftə ərzində stasionar şəraitdə müalicə alıb. Vəziyyəti qənaətbəxş qiymətləndirildikdən sonra o, ambulator müalicə üçün evə buraxılıb.

Qeyd edək ki, ümumi cərrahiyyənin ən mürəkkəb əməliyyatlarından biri hesab olunan Whipple əməliyyatı əsasən mədəaltı vəzin baş hissəsindəki şişləri, onikibarmaq bağırsağı, öd kisəsini və bəzən mədənin bir hissəsini xaric etmək üçün icra olunan mürəkkəb cərrahi prosedurdur. 
Məlumat üçün bildirək ki, Nizami Tibb Mərkəzində Whipple əməliyyatı icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində həyata keçirilib.

SON XƏBƏRLƏR

Azərbaycanda 102 tələbəyə Prezident təqaüdü verilib

"Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı" nəticələri açıqlandı

ASCO-nun quru yük daşımalarında əhəmiyyətli yüksəliş

Azərbaycan-Kamboca sənədləri mübadilə olunub

Sabah yağış yağacaq

İlham Əliyev: Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik

AFFA yeni layihələrini ictimaiyyətə təqdim edib

İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub

DİN: Cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanılıb

70-dən çox vətəndaşa pulsuz hüquqi yardım göstərilib

Kamboca Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi olub

Prezident İlham Əliyev və  Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

İlham Əliyev Kadırovu qəbul etdi

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Gənc kursantların andiçmə mərasimi keçirilib

BDYPİ-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət!

Azərbaycanın şərqşünaslıq elmini zirvələrə ucaldan alim – Aida İmanquliyeva

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BÜTÜN XƏBƏRLƏR