Prime Cotton beynəlxalq nailiyyətə imza atıb

Prime Cotton MMC orqanik və dayanıqlı istehsal sahəsində mühüm beynəlxalq nailiyyətə imza atmışdır. Şirkət GOTS – Global Organic Textile Standard sertifikatını uğurla əldə edərək, orqanik pambığın tarladan son məhsula qədər tam izlənə bilən, şəffaf və beynəlxalq standartlara uyğun şəkildə idarə olunduğunu rəsmi olaraq təsdiqləmişdir.

Bu nailiyyət Prime Cotton üçün sadəcə növbəti sertifikat deyil — məsuliyyətli istehsal, dayanıqlı idarəetmə və qlobal bazarlara inteqrasiya strategiyasının real nəticəsidir. GOTS dünyada orqanik tekstil sahəsində ən nüfuzlu və ən tələbkar standartlardan biri hesab olunur və ekoloji, sosial və idarəetmə meyarlarını vahid çərçivədə birləşdirir.

GOTS sertifikatı aşağıdakı əsas tələbləri əhatə edir:

  • Orqanik xammalın tam izlənəbilənliyi – tarladan ipliyə və son məhsula qədər;
  • Ətraf mühit üzrə ciddi tələblər – zərərli kimyəvi maddələrin məhdudlaşdırılması, tullantıların və çirklənmənin azaldılması;
  • Sosial uyğunluq və əmək hüquqları – etik əmək standartları, təhlükəsiz və sağlam iş şəraiti;
  • Şəffaf audit və beynəlxalq nəzarət mexanizmləri – müstəqil yoxlamalar və davamlı uyğunluq.

Bu sertifikatla Prime Cotton Azərbaycan pambıq sektorunda tarixi bir addım ataraq, GOTS standartı üzrə sertifikatlaşmış öncül şirkətlərdən biri kimi mövqeyini möhkəmləndirir və yerli pambığın qlobal tekstil dəyər zəncirində etibarlı, məsuliyyətli və yüksək dəyərli məhsul kimi tanınmasına mühüm töhfə verir.

Prime Cotton MMC-nin Baş İcraçı Direktoru Rövşən Mahmudov bu nailiyyəti belə dəyərləndirib:

“GOTS sertifikatı bizim üçün yalnız uyğunluq göstəricisi deyil, illərdir formalaşdırdığımız strateji baxışın məntiqi nəticəsidir. Biz orqanik pambığı sadəcə istehsal etmirik — onu məsuliyyətlə idarə edir, bütün mərhələlər üzrə izlənə bilənliyi təmin edir və beynəlxalq tələblərə uyğun şəkildə qlobal bazarlara təqdim edirik. Bu sertifikat Prime Cotton-un şəffaflıq, dayanıqlılıq və beynəlxalq etibar yolunda atdığı ən güclü addımlardan biridir.”

Qeyd edək ki, GOTS sertifikatı Prime Cotton MMC-nin artıq malik olduğu OEKO-TEX® Standard 100, USDA Organic, Higg FEM, Sedex Supplier Plus, ISO 9001:2015, ISO 14001:2015, ISO 45001:2018, Geodentify mənşə təsdiqi və International Cotton Association (ICA) üzvlüyü kimi beynəlxalq sertifikat və təşəbbüsləri tamamlayaraq şirkətin izlənəbilənlik və məsuliyyətli istehsal sahəsində formalaşmış lider mövqeyini möhkəmləndirir.

Prime Cotton MMC qarşıdakı dövrdə şəffaflıq, dayanıqlılıq və qlobal inteqrasiya prinsiplərini əsas götürərək beynəlxalq sertifikatlaşma, innovativ yanaşmalar və strateji tərəfdaşlıqlar istiqamətində fəaliyyətini davam etdirəcəkdir.

Qeyd edək ki, "Prime Cotton" MMC — 30 ildən artıq təcrübəyə malik, pambıqçılıq sahəsində Azərbaycanın aparıcı şirkətidir. "GP Cotton Holdings"in tərkibinə daxil olan "Prime Cotton", pambıq istehsalı ilə yanaşı mahlıc, iplik, pambıq yağı və pambıq jmıxı istehsalı ilə də məşğuldur. Şirkət müasir texnologiyalar, davamlı istehsal zənciri və keyfiyyətə əsaslanan yanaşması ilə yerli və beynəlxalq bazarlarda rəqabətədavamlı məhsullar təqdim edir.

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR