“Biznesin müflisləşməsi” İşçi qrupunun növbəti görüşü keçirilib

Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Ədliyyə Nazirliyinin rəhbərlik etdiyi “Biznesin müflisləşməsi” İşçi qrupunun geniş tərkibli növbəti iclası keçirilib. 

Görüşdə Ədliyyə və İqtisadiyyat nazirliklərinin, eləcə də Mərkəzi Bankın əməkdaşları, aparıcı hüquq və konsaltinq şirkətlərinin nümayəndələri, İşçi qrupun digər üzvləri, habelə beynəlxalq ekspertlər iştirak ediblər.

Görüşü açıq elan edən İşçi qrupun rəhbəri, ədliyyə nazirinin müavini Abiddin Hüseynov Almaniyadan cəlb olunan müflisləşmə üzrə beynəlxalq ekspertləri - Prof. Dr. Stephan Madaus və Dr. Abbas Abbasovu iclas iştirakçılarına təqdim edib.

Beynəlxalq ekspertlər sağlamlaşdırma və müflisləşmə sahəsində qabaqcıl beynəlxalq yanaşmalar, onların tətbiqi imkanları, bu sahədə mövcud olan problemlər və digər məsələlər barədə məlumat veriblər.

Həmçinin görüş zamanı tematik qrup tərəfindən hazırlanan “Sağlamlaşdırma və müflisləşmə haqqında” qanun layihəsi üzrə beynəlxalq ekspertlərin tövsiyələri dinlənilib.

Eyni zamanda, görüşdə iclas iştirakçılarının bu sahə ilə bağlı maraq doğuran sualları beynəlxalq ekspertlər tərəfindən cavablandırılıb.

SON XƏBƏRLƏR

Azərbaycanda 102 tələbəyə Prezident təqaüdü verilib

"Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı" nəticələri açıqlandı

ASCO-nun quru yük daşımalarında əhəmiyyətli yüksəliş

Azərbaycan-Kamboca sənədləri mübadilə olunub

Sabah yağış yağacaq

İlham Əliyev: Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik

AFFA yeni layihələrini ictimaiyyətə təqdim edib

İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub

DİN: Cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanılıb

70-dən çox vətəndaşa pulsuz hüquqi yardım göstərilib

Kamboca Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi olub

Prezident İlham Əliyev və  Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

İlham Əliyev Kadırovu qəbul etdi

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Gənc kursantların andiçmə mərasimi keçirilib

BDYPİ-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət!

Azərbaycanın şərqşünaslıq elmini zirvələrə ucaldan alim – Aida İmanquliyeva

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BÜTÜN XƏBƏRLƏR