Bu pensiyalar 53 manat artırılır

2018-2025-ci illər ərzində ölkədə minimum pensiya 2,9, orta aylıq pensiya 2,6, sosial müavinət və təqaüdlərin məbləği 5, ünvanlı dövlət sosial yardımının məbləği 2,4 dəfə artıb.

Gazette.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev komitənin bugünkü iclasında açıqlayıb.

O qeyd edib ki, 2026-cı ilin büdcəsində sosial xərclər (təhsil, səhiyyə və sosial təminat daxil olmaqla) üçün ümumilikdə 17,1 milyard manat nəzərdə tutulub:

"Bu, ümumi büdcə xərclərinin təxminən 41 faizini təşkil edir. Əmək pensiyalarının orta aylıq məbləği 2025-ci ildə 540 manat təşkil edib. 2026-cı ildə isə 590 manat olacağı nəzərdə tutulur. Bu il yaşa görə pensiyanın orta aylıq məbləğinin ötən ildəki 576 manatdan 53 manat artaraq 629 manata yüksəlməsi proqnozlaşdırılır".

Komitə sədri vurğulayıb ki, əvvəlki illərdə olduğu kimi, cari ildə də əvəzetmə əmsalı, yəni orta aylıq pensiya məbləğinin orta aylıq əmək haqqı məbləğinə nisbəti 50,4 % olmaqla Beynəlxalq Əmək Təşkilatının sosial təminatın minimum normaları haqqında müvafiq konvensiyasına cavab verəcək:

"Bu il aktiv sosial müdafiə tədbirlərinin daha da genişləndirilməsi nəzərdə tutulur. İSF-nin 2026-cı ildə büdcə xərclərinin 77 milyon manatı, yaxud 28,9 faizi özünüməşğulluq tədbirlərinin maliyyələşməsinə yönəldiləcək. 2026-cı ildə İSF hesabına 8 min nəfərin (Dünya Bankı ilə nəzərdə tutulan müqaviləyə görə isə əlavə olaraq 7 min nəfər) özünüməşğulluq proqramına qoşulması nəzərdə tutulur. Bununla da 2017-ci ildən 2026-cı il daxil olmaqla özünüməşğulluq proqramı ilə əhatə olunacaq şəxslərin sayı 110 min nəfərdən çox olacaq".

M.Quliyev əlavə edib ki, Böyük Qayıdışın təmin olunması və daha geniş miqyasda davam etdirilməsi məqsədi ilə proqramın icrasına başlanılandan dövlət büdcəsindən 25 milyard manata yaxın vəsait ayrılıb:

"Hazırda 70 mindən artıq soydaşımız Qarabağ və Şərqi Zəngəzurun 40 a yaxın şəhər, qəsəbə və kəndində yaşayır və işləyir".

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR