
Reklam
17 Yanvar 2026, 16:34
184
Bakıda məşhurların çıxış etdiyi restoran satılır
Bakının məşhur restoranı 6 milyon 400 min manata satışa çıxarılıb.
Elan saytlarından birində yerləşdirilən məlumatda obyektin Nəsimi rayonunda yerləşdiyi qeyd edilib.
Hazırda restoran kimi fəaliyyət göstərən obyektin digər sahələr üçün uyğun olduğu bildirilir.
Elanda iaşə obyektinin adı yazılmasa da, burada "Sham Baku" restoranının fəaliyyət göstərdiyini əldə etdik.
Məşhurların çıxış etdiyi restoranda ən çox müğənni Kəmalə Günəşli səhnə alır. Ondan əlavə, şou-biznesin digər məşhur nümayəndələri də fəaliyyət göstərib.
Elanda "obyektin digər sahələr üçün uyğun olduğu"nun vurğulanması, satışdan sonra restoranın gələcəkdə fəaliyyətini sual altına qoyur. (Ölkə.Az)
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





