Avtovağzal yaxınlığında çadırtipli kafenin fəaliyyətinə məhdudiyyət qoyuldu

Bakı şəhərinin Binəqədi rayonunda (Avtovağzal metrostansiyasının ikinci çıxışı) fəaliyyət göstərən, fiziki şəxs Süleymanov Vüsal Akif oğluna məxsus çadırtipli kafedə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən yoxlama keçirilib. Yoxlama zamanı obyektin qida təhlükəsizliyi qeydiyyatından keçmədən qanunsuz fəaliyyət göstərdiyi, sanitar-texniki və sanitar-gigiyenik qaydaların pozulduğu aşkarlanıb.

Belə ki, qida obyektinin zibil yeşiklərinin yanında yerləşdiyi, texnoloji ardıcıllıq prinsipinə riayət edilmədiyi, məhsulların saxlanması üçün soyuducu və dondurucunun mövcud olmadığı, toyuq hissələrinin açıq şəraitdə saxlandığı, bəzi qidaların birbaşa döşəmənin üzərinə yığıldığı məlum olub. Həmçinin qida məhsullarının, alət və ləvazimatların, eləcə də işçilərin əllərinin yuyulması üçün yuma çanaqlarının təmin edilmədiyi, müvafiq təmizlik işlərinin aparılmadığı və digər nöqsanlar aşkarlanıb.

Yoxlama zamanı istehlaka hazır qidalardan nümunələr götürülərək təhlükəsizlik göstəricilərinin yoxlanılması məqsədilə laborator müayinələrə cəlb edilib.

Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib edilib, qida obyektinin fəaliyyəti dayandırılıb.

SON XƏBƏRLƏR

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

BÜTÜN XƏBƏRLƏR