
Reklam
24 Dekabr 2025, 18:14
244
Faktor.az xəbər portalı təltif edilib
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti Faktor.az xəbər portalını təltif edib.
Belə ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin fəaliyyətində fəallığı ilə seçilən, eləcə də Cəmiyyətin təşəbbüslərinin ictimaiyyətə çatdırılmasında mühüm rol oynayan "Faktor.az" xəbər portalına Təşəkkürnamə təqdim edilib.
Təşəkkürnaməni Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc portalın təsisçisi və Baş redaktoru Aslan Abbaszadəyə təqdim edib.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, Cəmiyyətin əsas məqsədi ölkədə qiymətləndirmə fəaliyyətinin şəffaflığının artırılması, peşəkar kadr potensialının gücləndirilməsi və iqtisadi qərarların qəbulunda qiymətləndirmə institutunun rolunun daha da möhkəmləndirilməsidir.





ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





