ADNSU ilə Müdafiə Sənayesi Nazirliyi arasında əməkdaşlıq istiqamətləri müzakirə olunub

Azərbaycan Respublikasının müdafiə sənayesi nazirinin müavini Hidayət Əzimov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, dosent Rüfət Əzizovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

Görüş zamanı Nazirliyin 2025–2030-cu illər üçün müəyyən etdiyi insan kapitalının inkişafı üzrə fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Eyni zamanda, güclü müdafiə sənayesi ekosisteminin formalaşdırılması məqsədilə universitet–sənaye–dövlət əməkdaşlığı çərçivəsində 2026-cı ildə icrası nəzərdə tutulan yeni layihələr müzakirə olunub. Bununla yanaşı, 2025-ci ildə uğurla həyata keçirilmiş “DefAge Bootcamp” layihəsinin nəticələri təqdim edilib.

Rektor Rüfət Əzizov ADNSU-nun fəaliyyəti, tədris və tədqiqat imkanları, həmçinin müdafiə sənayesi istiqamətində həyata keçirilə biləcək potensial əməkdaşlıq imkanları barədə geniş məlumat verib. Bildirilib ki, ADNSU mühəndislik və tətbiqi elmlər sahəsində zəngin tarixi irsə və mövcud potensiala əsaslanaraq birgə elmi-tədqiqat layihələrinin icrasında fəal iştirak edəcək. Yaxın vaxtlarda gənc tədqiqatçılar tərəfindən bu istiqamətdə birgə tədqiqat fəaliyyət planının təqdim olunması nəzərdə tutulur.

Müzakirələr zamanı ölkəmizdə müdafiə sənayesinin uzunmüddətli və dayanıqlı inkişafının təmin edilməsi məqsədilə tədqiqat və inkişafa əsaslanan, elm tutumlu ekosistemin formalaşdırılmasının əhəmiyyəti xüsusi vurğulanıb.

Səmimi və konstruktiv şəraitdə keçən görüşdə qeyd olunan istiqamətlər üzrə birgə fəaliyyətin gücləndirilməsi, prosesin davamlılığının təmin edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb və bu cür görüşlərin mütəmadi keçirilməsi barədə razılıq əldə olunub.

SON XƏBƏRLƏR

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

BÜTÜN XƏBƏRLƏR