İndoneziya və Azərbaycan arasında dövlət xidmətləri üzrə Simpozium keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və İndoneziya Respublikasının İnzibati və Bürokratik İslahatlar Nazirliyinin birgə təşkilatçılığı ilə İndoneziya və Azərbaycan arasında dövlət xidmətləri üzrə simpozium keçirilib.

Onlayn formatda baş tutan simpozium 24 iyul 2017-ci il tarixində  imzalanmış Anlaşma Memorandumu və onun davamı olaraq 1 iyul 2024-cü il tarixində Cakarta şəhərində imzalanmış Fəaliyyət Planı çərçivəsində təşkil olunub. Belə ki, hazırda İndoneziya Respublikasında “ASAN xidmət” təcrübəsi əsasında yaradılmış 300-dən çox Dövlət Xidmət Mərkəzi fəaliyyət göstərir.

Əsas məqsəd dövlət xidmətlərinin göstərilməsində innovativ yanaşmaların və idarəetmə mexanizmlərinin tətbiqi sahəsində bilik və təcrübə mübadiləsinin aparılması olub.

Açılış sessiyasında Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və İndoneziyanın  inzibati və bürokratik islahatlar naziri Rini Vidyantini çıxış ediblər. Onlar dövlət xidmətlərinin daha səmərəli, şəffaf və vətəndaş mərkəzli şəkildə təşkilini, eləcə də iki ölkə arasında bu sahədə əməkdaşlığın genişləndirilməsi məsələlərini vurğulayıblar.  

İndoneziyalı nazir  “ASAN xidmət”in dövlət xidmətlərinin göstərilməsində vətəndaşların etimadını qazanması ilə yanaşı,  bu sahə üzrə beynəlxalq tərəfdaşlarını da ruhlandırdığını qeyd edib. 

Simpozium çərçivəsində Dövlət Agentliyinin və İndoneziyanın Bürokratik İslahatlar Nazirliyinin müvafiq şöbələri tərəfindən aidiyyəti sahələr üzrə geniş təqdimatlar edilib, suallar cavablandırılıb.

Sonda tərəflər əməkdaşlığın gələcək mərhələlərinə dair fikir mübadiləsi əsasında qarşılıqlı maraq doğuran sahələrdə birgə fəaliyyətlərin davam etdirilməsinin vacibliyini  vurğulayıblar. 

Tədbir hər iki ölkədən ümumilikdə 300-ə yaxın iştirakçını əhatə edib.

SON XƏBƏRLƏR

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

BÜTÜN XƏBƏRLƏR