Bakıda işəgötürənlər qeyri-formal məşğulluq və əməyin mühafizəsinə dair məlumatlandırılıb

Bakıda işəgötürənlər qeyri-formal məşğulluq və əməyin mühafizəsinə dair məlumatlandırılıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən işəgötürənlər üçün maarifləndirmə tədbiri təşkil olunub.
 
Tədbir “Qeyri-formal məşğulluğun qarşısının alınması” və “İş yerlərində əməyin mühafizəsi” mövzularına həsr edilib.
 
Görüşdə Bakı şəhəri üzrə müxtəlif müəssisə və təşkilatların nümayəndələri, işəgötürənlər və onların səlahiyyətli nümayəndələri iştirak ediblər.
 
Maarifləndirmə tədbiri zamanı Dövlət Əmək Müfəttişliyi Xidmətinin əmək qanunvericiliyinin tələblərinin izahı, bu tələblərə əməl olunmasının əhəmiyyəti, eləcə də təhlükəsiz və sağlam əmək şəraitinin təmin edilməsinin işəgötürənlərin əsas vəzifələrindən biri olduğu vurğulanıb.
 
Tədbirdə çıxış edən Əməyin Mühafizəsi Mərkəzinin fəaliyyət istiqamətləri, əməyin mühafizəsi sahəsində görülən işlər, müəssisələrdə müvafiq standart, norma və qaydaların tətbiqinə göstərilən metodiki dəstək barədə ətraflı məlumat verib. Eyni zamanda, əməyin mühafizəsi sahəsində yeni qəbul edilmiş dövlət standartları iştirakçıların diqqətinə çatdırılıb.
 
Bundan əlavə, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələri qeyri-formal məşğulluğun əmək bazarında yaratdığı risklər, bu halların qarşısının alınmasının sosial və iqtisadi əhəmiyyəti, habelə sosial tərəfdaşlıq çərçivəsində görülən tədbirlər barədə çıxış ediblər.
 
Tədbir çərçivəsində həmçinin Dünya Bankı Qrupunun “Business Ready” reytinq hesabatı barədə məlumat verilib, bu kontekstdə Azərbaycanda biznes mühitinin daha da yaxşılaşdırılması, əmək qanunvericiliyi və əmək inzibatçılığı sahəsində həyata keçirilən islahatlara dair təqdimatlar nümayiş etdirilib.
 
Sonda mövzularla bağlı iştirakçıları maraqlandıran suallar cavablandırılıb, qarşılıqlı fikir mübadiləsi aparılıb.

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR