Bakı Konqres Mərkəzində “LevelUp” Karyera Forumu baş tutdu

Forum Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondunun tərəfdaşlığı ilə həyata keçirilib. Layihə bu günə kimi ölkənin 15 şəhər və rayonunda 7000-ə yaxın gənci əhatə etmişdir. Layihənin əsas məqsədi gəncləri əmək bazarında dəyişən trendlərlə tanış etmək, onların karyera inkişafına dəstək olmaq və müxtəlif sahələr üzrə peşəkarlarla ünsiyyət və şəbəkələşmə imkanları yaratmaq olub. Proqramın bağlanış tədbiri “#bacarıqlarınıartır” şüarı ilə Bakıda keçirilib.

200-dən çox gəncin iştirak etdiyi forumun açılış mərasimində Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Yusif Vəliyev, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Pərvin Kərimzadə, həmçinin Gənclərin İnkişaf və Karyera Mərkəzinin Baş direktoru Azər Əliyev çıxış ediblər. Çıxışlar zamanı dövlətin gənclər üçün yaratdığı karyera imkanları, məşğulluq sahəsində dəstək proqramları, həmçinin gənclərin peşəkar inkişafını təmin edən layihələr haqqında məlumat verilib.

Forum çərçivəsində “İş dünyasında dəyişən reallıqlar: Trendlər, tələblər və imkanlar” mövzusunda panel müzakirəsi keçirilib. Sevinc Qasımovanın moderatorluğu ilə keçirilən panel müzakirəsində spiker qismində 1 saylı Bakı DOST Mərkəzinin direktoru Ruslan Mirzəliyev, ASAN İnnovativ İnkişaf Mərkəzinin rəhbəri Aysel Cəbrayılova, “SAT Group” şirkətinin direktoru və həmtəsisçisi Azad Qəhrəmanov, həmçinin “Azərbaycan Dəmir Yolları” QSC-nin İşə qəbul şöbəsinin rəhbəri Samirə Məmmədova çıxış ediblər.

Panel müzakirəsi zamanı iş dünyasında sürətlə dəyişən reallıqlar, əmək bazarının ehtiyacları, gənclər üçün formalaşan yeni peşələr, həmçinin gələcək karyera perspektivləri barədə müzakirə aparılıb. Sonda keçirilən sual-cavab sessiyasında iştirakçıların sualları cavablandırılıb.

Forumun proqramı “HR-dan dinləyək: Ən çox axtarılan əməkdaş profili” mövzusunda TEDx formatında çıxışla davam edib. Azərbaycan HR İnstitutunun təsisçisi və direktoru Emil Hüseynov çıxışında əmək bazarında müşahidə olunan son trendləri, işə qəbul prosesində HR mütəxəssislərinin əsas qiymətləndirmə meyarlarını diqqətə çatdırmışdır.

Bakı və regionlarda keçirilən “LevelUp”Karyera Forumu gənclərin əmək bazarını tanımasına, karyera hədəflərini müəyyənləşdirməsinə və peşəkarlarla tanış olaraq şəbəkələmələrinə şərait yaradıb.

1

1

1

1

1

1

1

1

1

1

1

SON XƏBƏRLƏR

Gənc kursantların andiçmə mərasimi keçirilib

BDYPİ-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət!

Azərbaycanın şərqşünaslıq elmini zirvələrə ucaldan alim – Aida İmanquliyeva

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

BÜTÜN XƏBƏRLƏR