“Azərbaycan–Slovakiya münasibətlərində yeni mərhələ” - ŞƏRH

Azərbaycan-Slovakiya münasibətləri son illərdə sürətlə inkişaf edərək strateji səviyyəyə yüksəlib. 1993-cü ildə əsası qoyulan diplomatik əlaqələr illər boyunca yüksək səviyyəli əməkdaşlıq, diplomatik əlaqələr, qarşılıqlı maraqlar, siyasi dəstək, inama və açıq dialoqa əsaslanmaqla müxtəlif iqtisadi layihələr vasitəsilə daha da möhkəmləndirilib.

Ötən il Azərbaycan Prezidenti İlham Əliyev və Slovakiyanın Baş naziri Robert Fitso tərəfindən imzalanan Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə ilə bu münasibətlər yeni mərhələdə daha da genişləndirilib. Böyük əhəmiyyətə malik həmin sənəd iki ölkə arasında yeni siyasi xəttin başlanğıcını qoydu və Liderlər bununla Azərbaycan-Slovakiya münasibətlərində tamamilə yeni səhifənin açıldığını bəyan etdilər. Təqdirəlayiqdir ki, bu illər ərzində regionda müstəqil siyasət yürüdən hər iki ölkə təhlükəsizliyə və enerji sabitliyinə  önəm  verməklə bir-birini tamamlayan tərəfdaşlar kimi çıxış edib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2025-ci il dekabrın 8-də Slovakiyaya etdiyi ilk rəsmi səfər bu əlaqələrin strateji məzmununu daha da gücləndirən xüsusi tarixi hadisəyə çevrilib. Bu səfər iki ölkə arasında münasibətlərin məzmununa yeni nəfəs, yeni bir ritm qazandıraraq, bu əməkdaşlığı diplomatik protokol çərçivəsindən real siyasi və iqtisadi hədəflərə yönəltdi. Bratislavada keçirilən görüşlərdə hər iki ölkənin Liderləri siyasi iradə və qarşılıqlı etimada əsaslanan önəmli mesajlar, bəyanatlar verdilər. Həmin bəyanətlar Azərbaycan və Slovakiya münasibətlərinin tərəfdaşlıq mərhələsindən ortaq maraqlar, qarşılıqlı dəstək və dostluq mərhələsində yüksək səviyyədə davam edəcəyindən, əldə edilən razılaşmalar, imzalanmış sənədlər və aparılan müzakirələr siyasi, iqtisadi və mədəni sahələrdə əlaqələrin daha da genişlənəcəyindən xəbər verir.

Bu yeni mərhələ Azərbaycan-Slovakiya münasibətlərini təkcə ikitərəfli formatda deyil, həm də Avropa və Avrasiya regionlarında sabitlik, enerji təhlükəsizliyi və iqtisadi əməkdaşlıq baxımından strateji platformaya çevirmək potensialını özündə əks etdirir ki, bu da tərəflərin gələcəkdə daha genişmiqyaslı regional layihələrdə birgə iştirakını və əməkdaşlığın geosiyasi çəkisinin artmasını təmin edir. Göründüyü kimi möhtərəm Prezidentimiz İlham Əliyevin bəyanatında dost ölkələr ifadəsi heç də  təsadüfi deyil.

Çünki son illərdə iki ölkə arasındakı dinamika, Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə münasibətlərin çərçivəsini, əməkdaşlığı konkret nəticələrə hesablanan real platformada özünü daha aydın göstərir. Belə ki, bu sənəddən sonra iqtisadiyyat, enerji, müdafiə sənayesi, mədəniyyət, biznes və digər sahələrdə qarşılıqlı fəaliyyət intensiv xarakter alıb. Slovakiyanın müstəqil və prinsipial xarici siyasəti, Azərbaycanın isə regional güc kimi formalaşdırdığı sabitlik və özünəinam bu tərəfdaşlığın məntiqi əsaslarını daha da gücləndirir.

Nəzakət Məmmədova
Neftçala rayonu

SON XƏBƏRLƏR

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

BÜTÜN XƏBƏRLƏR