Bu ilin 11 ayında 116 min avadanlığın idxalına icazə verilib

Cari ilin yanvar-noyabr aylarında Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) tərəfindən 737 hüquqi və fiziki şəxs tərəfindən 122 320 ədəd avadanlığa icazə üçün müraciətə baxılıb.

Bunlardan 245 hüquqi və fiziki şəxs tərəfindən 2 593 ədəd “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan müxtəlif markalı və modelli avadanlıqlara “xüsusi icazə” verilməsi ilə bağlı edilən müraciətlərə baxılıb. Bunlardan 201 müraciət üzrə 2 291 ədəd avadanlığın idxalı üçün icazə verilib.

38 müraciət üzrə 205 ədəd avadanlığa qanunvericiliyə müvafiq olaraq tələb olunan sənədlər təqdim edilmədiyi üçün icazə verilməyib.

Bununla yanaşı, 492 müraciət üzrə 119 727 avadanlığın idxalı üçün müraciətlər olunub və 461 müraciət üzrə 115 926 ədəd avadanlığın idxalı qanunvericilik çərçivəsində müsbət cavablandırılıb.

24 müraciət üzrə 3 795 avadanlığın idxalına dair daxil olmuş müraciətlər müvafiq prosedur üzrə baxılmaqdadır.

Xatırladaq ki, 2024-cü ilin mart ayında İKTA tərəfindən “Radioelektron vasitələrə verilən icazələr” elektron xidməti (//e-permission.icta.az) istifadəyə verilib. Elektron xidmətin tətbiqi müraciətlərin daha sürətli və effektiv cavablandırılmasını mümkün edib.

Qeyd edək ki, telekommunikasiya və poçt rabitəsi sahəsində tənzimləyici olan İKTA bu sahələrin inkişafı üçün qanunvericilik və nizamnamə çərçivəsində fəaliyyətini davam etdirəcək.

Həmçinin qeyd edilib ki, 2025-ci ilin yanvar – noyabr ayları ərzində “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 19.6.4-cü maddəsinə uyğun olaraq sürətli poçt xidmətinin göstərilməsi üçün 269 müraciət üzrə təqdim edilən ərizələrə əlavə olunan sənədlərdəki məlumatların uyğunluğunun qiymətləndirilməsi təmin edilib.

Nəticədə 265 ünvanda sürətli poçt xidmətinin göstərilməsi üçün müraciətlərə müsbət cavab verilib. Digər 4 müraciətlə bağlı isə müsbət rəy verilməyib.

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR