“Neftçi”nin yeni baş məşqçisi xüsusi icazə ilə Bakıya gəldi

“Neftçi”nin baş məşqçi postuna əsas namizəd Yuri Vernidub artıq Bakıdadır.

Gazette.az Sportinfo.az-a istinadən xəbər verir ki, o, gecə saatlarında Ukraynadan Azərbaycana gəlib.

59 yaşlı çalışdırıcı xüsusi icazə məktubu əsasında ölkəsini tərk edə bilib.

Paytaxt təmsilçisi yerli dövlət qurumlarına bu məqsədlə müraciət ünvanlayıb və razılıq alınıb. Əks halda, Vernidubun yolunu yanvarın sonunadək gözləmək lazım gələcəkdi. Çünki Ukrayna Rusiya ilə müharibə şəraitinə görə 60 yaşadək kişilərin ölkədən çıxışına qadağa qoyub.

Bu ilin yanvarından bəri heç yerdə çalışmayan, bir ara ordu sıralarına qoşulan, artilerriya diviziyasında döyüşən Vernidubun 60 yaşı gələn il yanvarın 22-si tamam olacaq.

Bakılıları son bir ildə Samir Abasov çalışdırıb. O, noyabrın 24-ü, Premyer Liqanın 13-cü turunda “İmişli”yə 2:3 hesablı məğlubiyyətin ertəsi günü istefaya göndərilib.

SON XƏBƏRLƏR

Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması

“Qarabağ”ın mətbuat katibi vəzifəsindən ayrıldı

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib

Azərbaycanda 102 tələbəyə Prezident təqaüdü verilib

"Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı" nəticələri açıqlandı

ASCO-nun quru yük daşımalarında əhəmiyyətli yüksəliş

Azərbaycan-Kamboca sənədləri mübadilə olunub

Sabah yağış yağacaq

İlham Əliyev: Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik

AFFA yeni layihələrini ictimaiyyətə təqdim edib

İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub

DİN: Cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanılıb

70-dən çox vətəndaşa pulsuz hüquqi yardım göstərilib

Kamboca Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi olub

Prezident İlham Əliyev və  Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

İlham Əliyev Kadırovu qəbul etdi

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Gənc kursantların andiçmə mərasimi keçirilib

BDYPİ-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət!

Azərbaycanın şərqşünaslıq elmini zirvələrə ucaldan alim – Aida İmanquliyeva

BÜTÜN XƏBƏRLƏR