“ASAN xidmət” özbək rəsmilər üçün təlim proqramı reallaşdırıb

“ASAN xidmət” təcrübəsi əsasında Özbəkistanda fəaliyyət göstərən Dövlət Xidmətləri Mərkəzlərinin nümayəndə heyəti ölkəmizdə səfərdə olub. Məqsəd Özbəkistan Respublikasının Ədliyyə Nazirliyinin rəsmi sorğusu əsasında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən təşkil olunmuş təlim proqramında iştirak olub.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən verilən məlumata görə, Özbəkistan heyəti üçün hazırlanmış xüsusi təlim proqramı ötən ilin avqust ayında Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfəri çərçivəsində imzalanmış “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Özbəkistan Respublikasının Ədliyyə Nazirliyi arasında 2024-2026-cı illər üzrə Əməkdaşlıq Proqramı”nın icrası çərçivəsində həyata keçirilib.

Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevlə görüşdə Özbəkistan nümayəndə heyəti təlim proqramının yüksək səviyyədə təşkilinə görə təşəkkürünü bildirib. Qonaqlar burada qazandıqları təcrübəni və şahid olduqları yenilikləri Özbəkistandakı Dövlət Xidmətləri Mərkəzlərinin fəaliyyətində tətbiq edəcəklərini qeyd ediblər.

Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunub.

SON XƏBƏRLƏR

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

BÜTÜN XƏBƏRLƏR