Ağır vəziyyətdə olan ana və körpəsinin həyatı xilas edilib

28.09.2025-ci il tarixində səhər saat 09:00 radələrində 1989-cu il təvəllüdlü hamilə ağır vəziyyətdə Quba Rayon  Mərkəzi Xəstəxanası Quba Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Pasiyentə 32 həftəlik hamiləlik, uşaqlıq üzərində çapıq, mərkəzi cift gəlişi, ciftin vaxtından əvvəl ayrılması diaqnozu təyin olunub və zəruri ilkin tibbi xidmət göstərilərək ağır qanaxma ilə Quba Regional Perinatal Mərkəzə təxliyə olunub. 

Zəruri tibbi xidmətlər göstərildikdən sonra həkim rəyi əsasında qeysəriyyə kəsiyi əməliyyatı icra olunub.

Qeysəriyyə kəsiyi əməliyyatı ilə qadının çəkisi 1600 qr., boyu 42 sm., olan oğlan övladı dünyaya gəlib. 

Hamilə ağır qanaxma ilə cərrahi əməliyyat edildiyi üçün körpəsi əməliyyatdan ağır asfiksiya halı ilə dünyaya gəlib. Körpə Əməliyyat blokunda reanimasiya tədbirləri nəticəsində həyata qaytarılıb. Dövlət təminatlı “Curosurf” preparatı LISA metodu ilə körpənin ağciyərlərinə yeridilib, 3 həftə müddətində süni tənəffüs dəstəyi ilə təmin olunub.

Zahı qadının müalicəsi Reanimasiya, körpənin müalicəsi isə Yenidoğulmuşların reanimasiyası şöbəsində davam etdirilib. Körpə intensiv reanimasiya tədbirləri və həkimlərin çoxsaylı səyləri nəticəsində sərbəst nəfəs alır, aktiv əmmə refleksi var, qidanı yaxşı qəbul edir və laborator göstəriciləri normaya uyğundur. 

Vəziyyətləri qənaətbəxş qiymətləndirilən ana və körpəsi evə buraxılıb.

SON XƏBƏRLƏR

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Mədəniyyət nazirinə yeni müavin təyin edildi - DOSYE

Bakının 5 rayonunda su kəsiləcək - XƏBƏRDARLIQ

Prezidentdən 2026-cı il Pre-COP Liderlər tədbirinin iştirakçılarına - Müraciət

Bu şəxslərə ödənilən mükafat gəlir vergisindən azad edilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

Azərbaycan bu dövlətlərə 10 milyon dollar yardım göstərir

“Bakıya uçuş. İncəsənət həftəsonu”: - İnsan, təbiət və yaddaşın interaktiv dialoqu

Prezident Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib

UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər

İnsan kapitalının inkişafına yönəlmiş TOT təlimi keçirilib

Bank of Baku-da rəhbər vəzifəyə təyinat olub

Naxçıvanda yeni yarımstansiya tikiləcək - 17 milyon manatlıq LAYİHƏ

Nəqliyyat sektoru üzrə biznes kredit portfeli böyüyüb

Yuxusuz gecədən sonra bunu edin

Qeyri-sabit iş rejiminin fəsadları

Bu ölkədə məktəblilərin süni intellektdən istifadəsini qadağan edilir

Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilər

"Liftin qapısını təpiklə açırlar" - DEPUTAT ŞİKAYƏTÇİDİR

BÜTÜN XƏBƏRLƏR