“Onlara qoşulduğum üçün peşmanam”

“Çelsi”nin sabiq hücumçusu, hazırda “Olimpik Marsel”də çıxış edən Pyerr-Emerik Obameyanq 2022-ci ildə London klubuna transferinin onun karyerasında ən böyük səhvlərdən biri olduğunu deyib.

Futbolçu “Canal+” kanalına açıqlamasında həmin qərarın həyatında ağır dönəmə təsadüf etdiyini bildirib.

“Onlara qoşulmağım çox böyük səhv idi, buna görə də peşmanam. O vaxt “Barselona”da çətin mərhələ yaşayırdım. Evimə quldurlar girmişdi və klub ya məni, ya da Memfis Depayı satmalı idi. Yeganə variant “Çelsi” idi. Ona görə düşündüm ki, yaxşı, ailəm üçün gedim, qoy bu, hətta “Çelsi” olsun”, – o deyib.

Obameyanq bildirib ki, keçidin uğurlu olacağına ümid edirmiş:

“Düşünürdüm ki, hər şey yolunda gedəcək. Çünki Olivye Jiru da “Arsenal”dan “Çelsi”yə keçmişdi və heç bir problem yaşamamışdı. Amma məndə hər şey tam fərqli oldu”.

Qeyd edək ki, Obameyanq “Çelsi”də 2022-ci ilin payızından 2023-cü ilin yayına qədər çıxış edib. Bu müddətdə o, bütün turnirlərdə 21 matçda 3 qol vurub və 1 məhsuldar ötürmə edib.(qafqazinfo)

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR