Tovuzda uşaqların əmək hüquqları və əməyin mühafizəsinə dair maarifləndirici tədbir keçirilib

Tovuz rayon Heydər Əliyev Mərkəzində “Uşaqların əmək hüquqları”, “Məcburi əmək və insan alverinin qarşısının alınması”, eləcə də “İş yerlərində əməyin mühafizəsi” mövzularında maarifləndirici tədbir keçirilib.

Tədbir “Uşaq Hüquqları Aylığı” çərçivəsində təşkil olunub. Görüşdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Qazax–Tovuz regional şöbəsinin, regionun hüquq-mühafizə orqanlarının əməkdaşları, eləcə də işəgötürənlər iştirak ediblər.

Tədbirdə uşaq əməyinin istismarına qarşı mübarizənin əhəmiyyəti, uşaqların əmək hüquqlarının qorunması istiqamətində görülən tədbirlər, eləcə də məcburi əmək və insan alverinin qarşısının alınması üçün birgə fəaliyyətin vacibliyi vurğulanıb.

Bununla yanaşı, Əməyin Mühafizəsi Mərkəzinin fəaliyyət istiqamətləri və əməyin mühafizəsi sahəsində görülən işlər barədə məlumat verilib. Müəssisələrdə əməyin mühafizəsi üzrə standart, norma və qaydaların tətbiqinə göstərilən dəstək qeyd olunub, iştirakçılar yeni qəbul edilmiş standartlarla bağlı məlumatlandırılıblar.

SON XƏBƏRLƏR

Gənc kursantların andiçmə mərasimi keçirilib

BDYPİ-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət!

Azərbaycanın şərqşünaslıq elmini zirvələrə ucaldan alim – Aida İmanquliyeva

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

BÜTÜN XƏBƏRLƏR