Samir Nuriyev onu ictimaiyyətə təqdim etdi

Bu gün Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsinə təyin olunmuş Ceyhun Ramiz oğlu Cəlilovu muxtar respublikanın ictimaiyyətinə təqdim edib.
 
Gazette.az xəbər verir ki, tədbirdən əvvəl Naxçıvan şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub.
 
Təqdimat mərasimində çıxış edən Samir Nuriyev bildirib ki, Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının sosial, iqtisadi və mədəni inkişafı məsələlərini daim diqqət mərkəzində saxlayır.
 
Ölkəmizdə aparılan quruculuq işlərinin tərkib hissəsi kimi Naxçıvanın inkişafı istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini qeyd edən Prezident Administrasiyasının rəhbəri “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın qəbul edildiyini, davamlı iqtisadi və sosial artıma nail olmaqla muxtar respublikanın inkişafının sürətləndirilməsinin və ölkə iqtisadiyyatına tam inteqrasiyasının əsas hədəf olduğunu qeyd edib.
 
Bildirilib ki, Dövlət Proqramının həyata keçirilməsinə dair Tədbirlər Planına uyğun olaraq əlverişli biznes mühitinin yaradılması, ticarətin, ixracyönümlü sənayenin, kənd təsərrüfatının, turizmin, infrastruktur təminatının, sosial sferanın, insan kapitalının və digər sahələrin inkişafı ilə bağlı qaşıda duran vəzifələrin vaxtında və keyfiyyətlə icrası üçün mövcud imkanlardan daha səmərəli istifadə olunmalı və bütün qüvvələr səfərbər edilməlidir.
 
Azərbaycan Prezidentinin noyabrın 12-də yeni təyinatlarla əlaqədar qəbulda səsləndirdiyi fikirlərə toxunan Prezident Administrasiyasının rəhbəri dövlət başçısının xalqa xidməti, təvazökarlığı, vəzifə borcuna məsuliyyətli yanaşmanı əsas iş prinsipləri hesab etdiyini və hər bir məmurun öz fəaliyyətində bu prinsipləri rəhbər tutmalı olduğunu deyib.
 
Samir Nuriyev Azərbaycan Prezidentinin tapşırıq və tövsiyələrini muxtar respublikanın yeni rəhbərliyinə çatdıraraq dövlət başçısının göstərdiyi etimadın doğruldulacağına ümid etdiyini bildirib.
 
Ceyhun Cəlilov yüksək etimada görə dövlət başçısında dərin təşəkkürünü bildirib və göstərilmiş etimadı doğruldacağını qeyd edib.

SON XƏBƏRLƏR

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

BÜTÜN XƏBƏRLƏR