Gənc Müəllimlər Tərtərdə bir araya gəldilər

1 noyabr 2025 – Bu gün Tərtər şəhəri Şikar Şikarov adına 5 nömrəli tam orta məktəbdə “Gənc Müəllimlər: Suverenlik Yolunda Təhsil Missiyası” adlı forum keçirilib. Tədbir Azərbaycan Gənc Müəllimlər Assosiasiyası, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı və Qarabağ Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə baş tutub.

Forumun məqsədi gənc müəllimlərin milli-mənəvi dəyərlərə sadiq şəkildə təhsildə suverenlik missiyasını gücləndirmək, maarifləndirici və təşəbbüskar fəaliyyətlərini dəstəkləməkdir.

Forumun rəsmi hissəsi Dövlət Himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Açılış nitqlərində Tərtər və Ağdərə rayonları üzrə təhsil sektorunun müdiri Oqtay Sarıkişiyev və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Pərvinə Qədimova gənc müəllimlərin ölkənin gələcək inkişafında oynadığı mühüm roldan danışıblar.

Forum çərçivəsində AGMA-nın sədr müavini, Gəncə şəhəri İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin müəllimi Səltənət Qurbanova “Uşaq müdafiəsi və təhlükəsizliyi” mövzusunda çıxış edib. Spiker uşaq hüquqlarının qorunması, təhlükəsiz təhsil mühitinin yaradılması və müəllimlərin bu istiqamətdə məsuliyyətli yanaşmasının vacibliyini vurğulayıb.

 

Tədbir kollektiv foto ilə yekunlaşıb. Forum iştirakçıları bu kimi görüşlərin müəllimlərin peşəkar inkişafına, həmçinin gənc nəsildə milli ruhun güclənməsinə mühüm töhfə verdiyini bildiriblər.

1

1

1

1

1

1

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR