Tədqiqatçılar piylənmə ilə əlaqəli yeni genlər aşkar ediblər - ARAŞDIRMA

Piylənmə bu gün milyonlarla insana təsir edən qlobal sağlamlıq problemidir və ürək xəstəliyi, tip 2 diabet, yüksək təzyiq və digər xəstəliklərlə əlaqəlidir. Pəhriz və fiziki aktivlik kimi amillər mühüm rol oynasa da genetik faktorlar da piylənməyə əhəmiyyətli təsir göstərir.

AZƏRTAC “MedicalXpress” portalına istinadla xəbər verir ki, Penn State Universitetinin alimləri “Nature Communications” jurnalında dərc olunan yeni tədqiqatda altı fərqli əcdad qrupuna (Afrika, Amerika, Şərqi Asiya, Avropa, Yaxın Şərq və Cənubi Asiya) mənsub təxminən 850 min nəfərin genetik məlumatlarını araşdırıblar. Nəticədə piylənmə ilə əlaqəli 13 gen müəyyən edilib, bunlardan beşi ilk dəfə bu xəstəliklə əlaqələndirilib. Yeni tapılan genlərdən YLPM1, RIF1, GIGYF1, SLC5A3 və GRM7 artıq məlum olan MC4R və BSN genləri kimi ağır piylənmə riskini üç dəfə artıra bilər. Bu genlərin əsasən beyin və yağ toxumasında aktiv olduğu bildirilib. Tədqiqat göstərib ki, bəzi genlər həm piylənməyə, həm də tip 2 diabet və ürək xəstəlikləri kimi digər problemlərə birbaşa təsir göstərir. Bu da piylənmənin niyə digər xəstəliklərlə sıx bağlı olduğunu izah etməyə kömək edir. Alimlərin sözlərinə görə, araşdırma əcdadlararası genetik tədqiqatların əhəmiyyətini vurğulayır. Əvvəlki tədqiqatlar əsasən avropalı iştirakçılara əsaslandığından, digər əcdad qruplarında mühüm genlərin gözdən qaçma ehtimalı yüksək idi.

Penn State professoru Santoş Girirajan bildirib: “Əcdadlararası yanaşma bizə piylənmənin genetik səbəblərinə daha geniş baxış verir və gələcəkdə fərdiləşdirilmiş müalicə üsullarının inkişafına kömək edə bilər”.

Bu tapıntılar gələcəkdə piylənmə və əlaqəli xəstəliklərin qarşısının alınması və müalicəsində yeni genetik hədəflərin müəyyənləşdirilməsinə yol aça bilər.

SON XƏBƏRLƏR

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Mədəniyyət nazirinə yeni müavin təyin edildi - DOSYE

Bakının 5 rayonunda su kəsiləcək - XƏBƏRDARLIQ

Prezidentdən 2026-cı il Pre-COP Liderlər tədbirinin iştirakçılarına - Müraciət

Bu şəxslərə ödənilən mükafat gəlir vergisindən azad edilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

Azərbaycan bu dövlətlərə 10 milyon dollar yardım göstərir

“Bakıya uçuş. İncəsənət həftəsonu”: - İnsan, təbiət və yaddaşın interaktiv dialoqu

Prezident Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib

UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər

İnsan kapitalının inkişafına yönəlmiş TOT təlimi keçirilib

Bank of Baku-da rəhbər vəzifəyə təyinat olub

Naxçıvanda yeni yarımstansiya tikiləcək - 17 milyon manatlıq LAYİHƏ

Nəqliyyat sektoru üzrə biznes kredit portfeli böyüyüb

Yuxusuz gecədən sonra bunu edin

Qeyri-sabit iş rejiminin fəsadları

Bu ölkədə məktəblilərin süni intellektdən istifadəsini qadağan edilir

Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilər

"Liftin qapısını təpiklə açırlar" - DEPUTAT ŞİKAYƏTÇİDİR

BÜTÜN XƏBƏRLƏR