Gəncədə oftalmologiya sahəsinin inkişafı ilə bağlı müzakirələr aparılıb

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin birgə təşkilatçılığı ilə Gəncə şəhərində XIV Regional Konfrans keçirilib. Artıq ənənəyə çevrilən və hər il ölkənin müxtəlif bölgələrində təşkil olunan bu tədbir oftalmoloji xidmətlərin regionlarda inkişafı, həkimlər arasında elmi-praktik əməkdaşlığın genişləndirilməsi, o cümlədən müasir tibbi texnologiyaların tətbiqinin təşviqi məqsədi daşıyır.

 

Konfransın əsas məqsədi oftalmologiya sahəsində aparılan son elmi tədqiqatların nəticələrini, yeni texnologiyaları və innovativ müalicə üsullarını təqdim etmək, həmçinin bu yeniliklərin praktiki tibbi fəaliyyətə tətbiqi imkanlarını müzakirə etmək və region həkimlərinin iştirakını təmin etməkdir. Tədbir region və paytaxt oftalmoloqları arasında bilik və təcrübə mübadiləsini gücləndirməklə, ölkə üzrə oftalmoloji xidmətlərin keyfiyyətinin yüksəldilməsinə xidmət edib. 

 

Konfransda paytaxt və regionlardan olan tanınmış mütəxəssis və alimlər iştirak ediblər.

 

Tədbirdə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Elmi işlər üzrə direktor müavini, t.e.d. Hicran Namazova, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktor müavini Ceyhun Nəzərli, Mərkəzin Elmi-məlumat, tədris və təşkilati-metodik bölmənin müdiri, t.e.d. Yazgül Abdıyeva, həmçinin t.ü.f.d. Fərəh Abduləliyeva, t.ü.f.d. dos. Qurban İsmayılov, t.e.d. Nizami Bağırov, t.ü.f.d. Səbinə Məcidova, t.ü.f.d. Qafar Tağıyev və dr. Emin Əlihüseynli moderator qismində çıxış ediblər.

 

Konfransda dr. Ceyhun Nəzərli, t.e.d. Yazgül Abdıyeva, t.ü.f.d. Mirana Mirişova, t.ü.f.d. Fərəh Abduləliyeva, dr. Emin Əlihüseynli, t.ü.f.d. Qafar Tağıyev, dr. Günay Əliyeva, dr. Elçin Əsgərov, dr. Ramilə Əhmədova, dr. Şəfaqət İmranova və dr. Səbinə Quliyeva tərəfindən müxtəlif mövzularda məruzələr təqdim olunub.

Məruzələr “Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin səyyar klinikasının 20 illik təcrübəsi”, “Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin dünəni və bu günü”,

 

“SMILE Pro – lazer görmə korreksiyasının innovativ üsulu”, “Keratokonus diaqnozu ilə xəstələrdə torik intraokulyar linzaların implantasiyası”, “Yarımçıqdoğulmuşlarda retinopatiya-skrininq”, “Miopiyanın diaqnostika və müalicəsində süni intellekt və rəqəmsal həll yolları”, eləcə də “Azərbaycan dilində ilk klinik qərar dəstəyi sistemi olan ‘OftalmoAssist’ süni intellekt alətinin imkanları və inkişaf perspektivləri” və s. kimi mövzuları əhatə edib.

Həmçinin konfransda çıxış edən t.e.d. Hicran Namazova regional konfransların Azərbaycanın bütün bölgələrində oftalmoloji xidmətlərin inkişafında mühüm rol oynamasından bəs edib. 

 

Məruzə ilə çıxış edən dr. Ceyhun Nəzərli Mərkəzin səyyar klinikasının 20 illik fəaliyyəti barədə məlumat verib. O, Prezident İlham Əliyevin sərəncamı ilə həyata keçirilən “Böyük Qayıdış” proqramına qoşularaq Səyyar Klinika tərəfindən işğaldan azad edilmiş torpaqlarımızda -  Laçın, Zəngilan, Füzuli, Xankəndi, Cəbrayıl, Şuşa və Ağdam rayonlarında təşkil olunan humanitar tibbi aksiyalardan bəhs edib.

1

1

1

1

1

1

1

1

1

1

SON XƏBƏRLƏR

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Mədəniyyət nazirinə yeni müavin təyin edildi - DOSYE

Bakının 5 rayonunda su kəsiləcək - XƏBƏRDARLIQ

Prezidentdən 2026-cı il Pre-COP Liderlər tədbirinin iştirakçılarına - Müraciət

Bu şəxslərə ödənilən mükafat gəlir vergisindən azad edilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

Azərbaycan bu dövlətlərə 10 milyon dollar yardım göstərir

“Bakıya uçuş. İncəsənət həftəsonu”: - İnsan, təbiət və yaddaşın interaktiv dialoqu

Prezident Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib

UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər

İnsan kapitalının inkişafına yönəlmiş TOT təlimi keçirilib

Bank of Baku-da rəhbər vəzifəyə təyinat olub

Naxçıvanda yeni yarımstansiya tikiləcək - 17 milyon manatlıq LAYİHƏ

Nəqliyyat sektoru üzrə biznes kredit portfeli böyüyüb

Yuxusuz gecədən sonra bunu edin

Qeyri-sabit iş rejiminin fəsadları

Bu ölkədə məktəblilərin süni intellektdən istifadəsini qadağan edilir

Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilər

"Liftin qapısını təpiklə açırlar" - DEPUTAT ŞİKAYƏTÇİDİR

BÜTÜN XƏBƏRLƏR